4 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri çirkin əməllərə əl ataraq cəbhə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni ilk dəfə raket atəşinə tutub.
Bakuplus.az xəbər verir ki, həmin gün üç raket zərbəsi nəticəsində bir nəfər – Tunar Qoşqar oğlu Əliyev həlak olub, 32 nəfər müxtəlif bədən xəsarətləri alıb.
Bundan başqa, şəhərin bəzi küçələrində yerləşən evlər tamamilə dağılıb, nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Xatırladaq ki, hadisələrin üçüncü ildönümündə, 2023-cü ilin oktyabrın 4-ü Gəncənin raket atəşinə tutulması əmrini verən Qarabağdakı separatçıların keçmiş "prezidenti" Araik Arutyunyan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.