"Gənclik Mall"da insanların təxliyə edilməsi ilə bağlı məlumat yayılıb.
Bu barədə sosial şəbəkədə paylaşımlar edilib.
Teleqraf.az-ın sorğusuna cavabdeh qurumdan bildirilib ki, "Gənclik Mall"da texniki səhv olub.
"Bu səbəbdən yanlışlıqla həyəcan siqnalı işə düşüb. Heç bir problem yoxdur", - əlavə edilib.