top
“Gizli yollar açılır, dəyişimə hazır olun” –  6-13 yanvar tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU
05 yanvar 2025, 10:00
- +

“Gizli yollar açılır, dəyişimə hazır olun” –  6-13 yanvar tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Yeni ilin ikinci həftəsi ulduzlar sizi yeniliklərə doğru sürükləyir, keçmişi geridə qoyub yeni başlanğıcların izinə düşürsünüz.

Yanvarın 6-dan 13-nə qədər bütün bürclər üçün ətraflı ulduz falını təqdim edirik:

Qoç bürcü

Bu həftə cəsarətinizlə yeni yollar açacaqsınız. Unutmayın ki, zirvəyə gedən yol bəzən daşlarla dolu olur. Gözlərinizdəki işıqla, qarşınıza çıxan hər əngəli aşacaq güc tapacaqsınız. Yeni başlanğıc, həyatınızda parlayan bir ulduz kimi sizə yol göstərəcək. Maliyyə sahəsində sürprizlərə hazır olun, gözlədiyinizdən daha böyük imkanlarla qarşılaşa bilərsiniz.

Uğurlu gününüz – 7 və 10 yanvar

Uğursuz gününüz – 12 yanvar

Buğa bürcü

Əziz Buğalar, bu həftə sizin üçün yeniliklərlə keçəcək. Sanki qışın sonundakı ilk bahar çiçəkləri kimi təzə üfüqlər qarşınıza çıxacaq. Tanışlarınız ilə münasibətlərinizdə dürüstlük və səmimiyyət ön plana gələcək. Bir yaxınınızın etirafı sizi şoka salacaq. Eşidəcəklərinizlə bağlı reaksiya verməyə tələsməyin, çünki bəzən həyəcanla atılan addımlar sonradan peşmançılığa səbəb ola bilər.

Uğurlu gününüz – 6 və 11 yanvar

Uğursuz gününüz – 10 yanvar

Əkizlər bürcü

Ulduzlar sizi iki yol arasında seçim etməyə çağırır. Sanki bir kitabın səhifələrini çevirərkən, hər yeni fəsil daha çox maraq oyandıracaq. Hər addımınız labirintdəki işıq kimi sizi doğru istiqamətə yönəldəcək, amma bəzən yolunuzda kölgələr ola bilər. Bu bəzən ətrafınızdakı insanların paxıllığı, bəzən isə maliyyə çətinliyi olaraq özünü büruzə verəcək.

Uğurlu gününüz – 7 və 11 yanvar

Uğursuz gününüz – 13 yanvar

Xərçəng bürcü

Bu həftə Xərçəng bürclərinin mənasız həssaslığı ətrafdakı insanları bezdirə bilər. Çalışın bu vəziyyətdə heç kimin işinə müdaxilə etməyəsiniz, qərarlar verməzdən öncə ədalətli olub-olmadığınızı sorğulayın. Bəzən, yaxşı niyyətlə etmək istədiyiniz nələrsə, qarşı tərəf üçün gözlənilməz şəkildə pis nəticələrə səbəb ola bilər. Bu həftə emosional dalğalanmalarla qarışıq bir dövr yaşayacaqsınız. Fırtınalı dənizdə dayanıqlı bir qaya kimi möhkəm olmağa çalışın.

Uğurlu gününüz – 8 və 12 yanvar

Uğursuz gününüz – 7 yanvar

Şir bürcü

Həftə ərzində özünüzü cazibədar sehrbaz kimi hiss edəcəksiniz. Həyatınıza yeni imkanlar daxil olacaq, bunları yaxşı-yaxşı ölçüb-biçməyi unutmayın. Maliyyə sahəsində böyük bir təklif alacaqsınız. Seçici olmağa çalışın, hər parıldayan şey əslində qiymətli olmaya bilər. Qəlbinizin səsinə qulaq asmağı unutmayın, o, sizi ən doğru yola aparacaq!

Uğurlu gününüz – 6 və 12 yanvar

Uğursuz gününüz – 9 yanvar

Qız bürcü

Ətrafınızda sizi saxta səmimiyyəti ilə özünə inandırmağa çalışan biri var. Dərin hissləriniz sayəsində kim olduğunu təxmin edirsiniz, amma yenə də özünüzü qorumağa çalışın. Bu həftə həm iş, həm də şəxsi həyat sahələrində yeni fürsətlərlə qarşılaşa bilərsiniz. Müsbət düşüncələr və ailənizin dəstəyi sayəsində çətinliklər sizə tum çırtlamaq qədər asan gələcək. Öz gücünüzə inanaraq, qarşıya çıxan hər maneəni asanlıqla aşacağınıza əmin olun.

Uğurlu gününüz – 9 və 11 yanvar

Uğursuz gününüz – 6 yanvar

Tərəzi bürcü

“Risk al və qalib gəl” şüarı bu həftə sizin rəhbəriniz olacaq. Unutmayın, bəzən ən böyük qazanc ən cəsarətli addımla əldə edilir. İş və şəxsi həyat arasında balans tapmaqda çətinlik çəkə və hər şeydən bezə bilərsiniz. Dürüst olmaqdan və yorulduğunuz halda bunu dilə gətirməkdən çəkinməyin. Həftə boyunca qarşınıza çıxan çətinliklərdə gülüşünüzü qoruyun və hər şeyin müvəqqəti olduğunu xatırlayın.

Uğurlu gününüz – 12 və 13 yanvar

Uğursuz gününüz – 7 yanvar

Əqrəb bürcü

Haqsızlığa uğradığını düşünən Əqrəblər, səbirli olun. Müdaxilə etməyin, vəziyyətin təbii axınına etibar edin. Bu həftə şəxsi inkişafınıza fokuslanın və yeniliklərə açıq olun. Əgər mərhəmət və güc arasında balansı tutsanız, həftə boyunca qarşılaşacağınız hər maneə sizə yeni bir dərs öyrədəcək. Sizi sınağa çəkən hər şey həyatın gizli rənglərini aşkar etmək üçün bir fürsətdir.

Uğurlu gününüz – 8 və 12 yanvar

Uğursuz gününüz – 9 yanvar

Oxatan bürcü

Bu həftə həyatınızı yenidən qurmağa çağıran bir dövrə qədəm qoyursunuz. Yeni ideyalar və yaradıcı yanaşmalarla qarşınıza çıxacaq hadisələr hər şeyin daha yaxşı olacağına dair inamınızı artıracaq. Möcüzələr, zamanın və əzmkar addımların əsəri olur. Sizi yoldan çıxarmağa çalışan insanlara diqqət etməyin – həyat sonda doğru yolda olduğunuzu göstərəcək.

Uğurlu gününüz – 9 və 10 yanvar

Uğursuz gününüz – 13 yanvar

Oğlaq bürcü

Ulduzların sizin üçün xoş bir planı var. Sizi çox sevindirəcək və çoxdan arzuladığınız bir hədiyyə ala bilərsiniz. Bu hədiyyə sadəcə madiyyatla bağlı deyil, həm də sizin üçün böyük bir daxili hüzur və mükafat olacaq. Qısaca, bu həftə həm peşəkar, həm də şəxsi həyatda gözlənilməz uğurlar əldə edə bilərsiniz.

Uğurlu gününüz – 7 və 12 yanvar

Uğursuz gününüz – 8 yanvar

Dolça bürcü

Bayramdan sonra sizi qarşılayan ilk iş həftəsinə adaptasiya olmaqda çətinlik çəkə bilərsiniz. Amma qorxmayın, ulduzların sizə xoş sürprizi sayəsində bu həftə çoxdandır gözlədiyiniz bir xəbəri alacaqsınız. Gələcək üçün yeni planlar qurmaq zamanıdır. Sosial həyatınızda yeniliklər olacaq, ancaq unutmayın ki, daxili dünyanızı zənginləşdirməyiniz vacibdir. Həftə boyunca qarşılaşdığınız insanlardan yeni bacarıqlar əldə etməyə diqqət edin.

Uğurlu gününüz – 10 və 13 yanvar

Uğursuz gününüz – 8 yanvar

Balıqlar bürcü

Bu həftə Balıq bürcü üçün həyat sirli rəng palitrası kimi olacaq. Emosional dalğalar sizi bəzən uzaqlara aparsa da, reallıqdan qaça bilməyəcksiniz. Hissləriniz və intuisiyanız xəzinə xəritəsi kimi sizə doğru yolu göstərəcək. Gözlərinizin görə bilmədiyi, amma hiss etdiyiniz dünya bu həftə sizə öz sirlərini açacaq. Yavaş-yavaş, amma əmin addımlarla maddi vəziyyətinizdə dəyişikliklər baş verəcək. Quraq səhraların sonu gəlir, hazır olun!

Uğurlu gününüz – 8 və 10 yanvar

Uğursuz gününüz – 6 yanvar

Son xəbərlər

Xəbər
Bu gün, 11:02

Boris Xetaqurovun 86 yaşı tamam olur - FOTO

Xəbər
Bu gün, 10:30

Tbilisi-Bakı qatarına biletlərin çətin tapılması ilə bağlı açıqlama – RƏSMİ

Xəbər
Bu gün, 10:00

Bakıda narkoşəbəkə ifşa edildi

Xəbər
Bu gün, 09:33

Ali məktəblərə ixtisas seçimi BAŞLADI

Xəbər
Bu gün, 09:24

Türkiyədə meyiti tapılan iş adamı tiktoker "Beniz"in həyat yoldaşı olubmuş...

Xəbər
Dünən, 17:55

Yasamalda soyğunçuluq edən tutuldu

Xəbər
Dünən, 17:19

Şüvəlanda 1 ildir itkin kimi axtarılan qadının skeleti tapıldı - Oğlu tutuldu

Xəbər
Dünən, 17:10

Suraxanıda usta mənzildən 10 min manatlıq oğurluq etdi

Xəbər
Dünən, 16:35

Zeynəb Xanlarovanın 90 illik yubileyi harada keçiriləcək?

Xəbər
Dünən, 16:11

Siqareti arvadının alnında söndürdü

Xəbər
Dünən, 15:30

Bakıda ət qiymətinə satılan meyvə - FOTO

Xəbər
Dünən, 14:38

Sarayda 30 yaşlı kişinin meyiti tapıldı

Xəbər
Dünən, 14:10

Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ

Xəbər
Dünən, 13:42

Heyvan kəsimi məntəqələrində ciddi PROBLEM

Xəbər
Dünən, 12:53

Yeni qatarlar Qırmızı xəttə buraxılacaq - Bakı metrosundan AÇIQLAMA

Xəbər
Dünən, 11:47

Heyvan biznesi bəhanəsi ilə yüzminləri ələ keçirdi

Xəbər
Dünən, 11:38

Xalq artistinin oğlunun döyülməsinə görə daha 2 şəxs saxlanıldı

Xəbər
Dünən, 11:12

Hava limanı yolundakı yeni qurğular sürətölçən cihaz deyil - RƏSMİ AÇIQLAMA

Xəbər
Dünən, 10:46

Küçədə halı pisləşdi, xəstəxanada öldü

Xəbər
Dünən, 10:20

Buzovnada 30 yaşlı kişi dənizdə batdı

Xəbər
Dünən, 09:53

13 yaşlı şəhidimizin doğum günüdür

Xəbər
Dünən, 09:49

Bakıda gəlin qayınanasını ŞİLLƏLƏDİ

Xəbər
Dünən, 09:21

DİQQƏT: Bu qəsəbələrdə qaz olmayacaq

Xəbər
10 avqust 2026, 18:00

"Evə pulu əyri yollarla gətirirdim" - Şərurlu İsfəndiyar

Oxşar xəbərlər