Bakıda Gömrük Terminalında meyit tapılıb.
Lent. az-ın əldə etdiyi xəbərə görə, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində yerləşən Gömrük Terminalının dayanacağında qeydə alınıb.
Burada avtomobillərin altından 32 yaşlı Ağdaş rayon sakini Ələddin Əyyub oğlu İsrafilovun meyiti aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır.