top
Görkəmli qoboy ustasının doğum günüdür
29 yanvar 2025, 02:23
- ↺ +

Görkəmli qoboy ustasının doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

29 yanvar məşhur qoboy ustası, bəstəkar və pedaqoq Kamil Cəlilovun doğum günüdür.

1977-ci ildə onun balaban (bəzən qaboy kimi qeyd olunub) ilə çaldığı "Muğam" (bəzən "Çahargah ahəngi" adlanır) adlanan kompozisiyası NASA-nın "Voyager 1" peyki ilə kosmosa göndərilən qızıl plastinkaya daxil olub. Bu plastinka kosmosa göndərilən müxtəlif informasiyalar yığımından ibarətdir. Burada Yer sivilizasiyası haqqında dolğun informasiya, şəkillər və musiqi parçaları vardı.

Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində sadə bir zəhmətkeş ailəsində anadan olub.

Orta təhsilini Bakıdakı 176 nömrəli tam orta məktəbdə alıb. Eyni zamanda o, 1955-ci ildə Bakı şəhər 1 saylı musiqi məktəbində dərs alıb, onun istedad və bacarığı müəllimlərinin diqqətini cəlb edib. 14 yaşında ikən musiqi məktəbini bitirib. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbinə, Fuad Sadıqbəyovun sinfinə daxil olub və 1959-cu ildə orada təhsilini başa vurub. İmtahanda Azərbaycan və Qərb bəstəkarlarının bir neçə əsərlərini çalaraq konservatoriyaya daxil olub.

1960-cı ildə Latviyada keçirilən "Komsomol dostluğu" həftəliyində Azərbaycanı Dövlət Konservatoriyasının tələbəsi olan Müslüm Maqomayev və tələbə Kamil Cəlilov təmsil ediblər. Həmin festivalda Kamil Cəlilov I yer üzrə mükafata layiq görülüb.

1965-ci ildə Nazim Rzayevin rəhbərlik etdiyi indiki Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə solist təyin olunub. Həmin illərdə Kamil Cəlilov həm də Azərbaycan Televiziya və Radiosunun simfonik orkestrində solist olaraq çalışıb.

Bu orkestrdə bir müddət çalışdıqdan sonra Gülarə Əliyeva onu yenicə təşkil etdiyi "Dan ulduzu" instrumental ansamblına dəvət edib. Kamil Cəlilov hər iki yaradıcı kollektivlə birgə çalışaraq, sənət yolunun ilk uğurlu illərini yaşayıb.

Kamil Cəlilov bir sıra beynəlxalq müsabiqələrdə Azərbaycanı layiqincə təmsil edib. 1976-cı ildə Filippinin paytaxtı Manilada keçirilən Afrika və Asiya ölkələrinin IV Beynəlxalq musiqi müsabiqəsində "Çahargah" muğamın ifa edərək I dərəcəli "Büllur mükafat"a layiq görülüb. Bu ifanın UNESCO nəzdində IV Beynəlxalq musiqi müsabiqəsinin şurası tərəfindən dünyanın radiostansiyalarının proqramında səsləndirilməsi tövsiyə edilib.

2022-ci il fevralın 22-də Bakı şəhərində vəfat edib. Bakı şəhərində yerləşən İkinci Fəxri Xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 17:37

İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi

Xəbər
Bu gün, 16:21

Arvadının saçını yolduğuna görə hər ay maaşından pul tutulacaq

Aktual Xəbərlər
Bu gün, 14:21

Sabah Bakıda yağış yağacaq

Nərimanov
Bu gün, 13:42

Məşhur tikinti şirkəti Bakının mərkəzində yaşıllıq zolağını məhv edir?

Xəbər
Bu gün, 12:40

Bakıda kafedəki qətlə görə saxlanılanlardan biri deputatın oğludur

Xəbər
Bu gün, 11:29

Bakıda bir ildə 279 müəssisə BAĞLANIB

Xəbər
Bu gün, 10:05

Bakıda bu məkanı əcnəbilər yerlilərdən 11 dəfə çox ziyarət edib

Xəbər
Bu gün, 09:37

Repressiyaya məruz qalan, ölümündən sonra bəraət alan şairimiz...

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Oxşar xəbərlər