top
Günümüzün ən gəlirli BİZNESİ – Oxuyanlar və psixi porblem yaşayanlar bir mərkəzdə birləşdirilir
18 avqust 2025, 12:08
- ↺ +

Günümüzün ən gəlirli BİZNESİ – Oxuyanlar və psixi porblem yaşayanlar bir mərkəzdə birləşdirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın və ətraf qəsəbələrin məhəllələrində özünəməxsus "vizual statistika" var: demək olar ki, hər 5 obyektin 3-ü ya hazırlıq kursu, ya da psixoloji mərkəzdir. Əvvəllər mağaza və kafe lövhələrinin üstünlük təşkil etdiyi küçələr indi "Hazırlıq kursları", "Psixoloji dəstək", "Uşaq inkişaf mərkəzi", "Tədris mərkəzi" kimi  adlarla doludur. Məsələn, təkcə Masazırın 8-10 binasından ibarət kiçik məhəlləsində 8 hazırlıq kursu, 5 psixoloji mərkəz var.

Sual yaranır: ölkədə oxumaq istəyən çoxdur, ya havalanan?

Təhsil eksperti Böyükxan Babayev bizim.media-ya açıqlamasında bu mənzərəni sosial gerçəyin məhsulu kimi qiymətləndirib.

Onun sözlərinə görə, məktəb proqramının imtahan formatına uyğun olmaması, buna görə də əlavə repetitor hazırlığında güclü rəqabətin yaranması nəticəsində hazırlıq kurslarına axın başlayıb: "Digər tərəfdən də getdikcə ipə-sapa yatmayan uşaqların peşəkar nəzarətə alınması, ali məktəblərə hazırlaşan abituriyentlərin həyəcanının idarə edilməsi psixoloji mərkəzlərə müraciət edənlərin sayını artırdı. Belə olduqda hər iki sahəni birləşdirən mərkəzlər çoxaldı".

Həmçinin mütəxəssislər bildirirlər ki, iaşə obyektləri və mağazalarla müqayisədə hazırlıq kursu və psixoloji mərkəz açmaq daha az ilkin sərmayə tələb edir. Kiçik ofis, bir neçə ixtisaslı kadr və minimal avadanlıq kifayətdir. Üstəlik, nə qədər ki, həyati stresslər və təhsil problemləri var, "müştəri" axınının ardı kəsilməyəcək.

Təhsil sistemi dəyişməyincə və psixoloji dəstək hər tinbaşı əlçatan olduqca sosial problemlər ticarətə çevriləcək... 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər