top
Hakim olmaq istəyənlər üçün qaydalar sadələşdirilib
30 iyul 2025, 17:30
- +

Hakim olmaq istəyənlər üçün qaydalar sadələşdirilib

"Ölkəmizdə məhkəmə sisteminin təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində son illərdə mühüm islahatlar həyata keçirilir. Atılan addımlar həm praktiki müstəvidə, həm də qanunvericilik səviyyəsində zəruri dəyişikliklərə yol açır".

Bakuplus.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurasından məlumat verilib.

Qeyd olunub ki, bu kontekstdə diqqətçəkən əsas yeniliklərdən biri də hakimlərin seçim prosedurunun təkmilləşdirilməsidir: "Belə ki, əvvəllər hakim vəzifəsinə namizədlərin seçilməsi çoxsaylı əlavə elementlərlə müşayiət olunan mürəkkəb bir proses idi. Lakin indi bu proses sadələşdirilib və sürətləndirilib. Daha dəqiq desək, hazırda hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsabiqə nəticəsində seçilirlər. Yəni əvvəlki təcrübədə mövcud olan 6 mərhələli yorucu və vaxt itkisinə səbəb olan seçim proseduru indi cəmi 3 mərhələyə endirilib. Eyni zamanda hazırkı çevik prosedurlara görə, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyinatdan dərhal sonra təlimə cəlb edilirlər. Halbuki əvvəllər təyinatdan öncə uzunmüddətli tədris kurslarında iştirak etməli idilər.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, hakimliyə namizədlər imtahanlarda yığdıqları balların cəminə görə sıralanır və artıq ərazi üzrə işləmək istədikləri məhkəmələri özləri seçirlər. Bu isə onu göstərir ki, artıq hakim seçimi daha ədalətli və şəffaf qaydalarla aparılır.

Mühüm yeniliklərdən biri kimi həm də hakim vəzifəsinə namizədlər üçün 30 yaş senzi ilə bağlı məhdudiyyətin ləğvini qeyd etmək yerinə düşər. Belə ki, artıq yeni qanunla ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola bilərlər.

Nəticə etibarilə, görünən odur ki, həyata keçirilən bütün bu tədbirlər hüquq peşəsinin ən ali zirvəsi olan hakimliyə gedən yolu asanlaşdırmaqla bu məqsədə çatmaq üçün real imkanlar yaradacaq. Həmçinin hakim korpusunun daha çevik. komplektləşdirilməsinə də müsbət təsir edəcək".

 

Son xəbərlər

Xəbər
Bu gün, 11:53

İyun ayının ən bəxtəvər BÜRCLƏRİ - Pul, evlilik və uğur...

Qaradağ
Bu gün, 10:38

100 manat vermədiyi üçün ANASINI bıçaqladı

Xəbər
Bu gün, 09:41

Bakıda bu ərazilərdə söküntü planlaşdırılır

Xəbər
Dünən, 14:32

67 yaşlı kişi nikahsız yaşadığı qadını DÖYÜB

Xəbər
Dünən, 10:45

Keçmiş nişanlısının maşınını başqa oğlanda gördü — Restoranın qarşısında DÖYDÜ

Xəbər
Dünən, 10:13

İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib

Cəmiyyət
Dünən, 09:30

Görkəmli şair Mikayıl Müşfiqin doğum günüdür

Xəbər
04 iyun 2026, 16:56

Bakıda dağılan "tarixi malikanə"nin fotosu süni intellektlə yaradılıb - RƏSMİ

Xəbər
04 iyun 2026, 11:58

Hamilə qadın şkafda gizləndi, sevgilisini BIÇAQLADI

Sabunçu
04 iyun 2026, 10:49

Ata qızı telefonla oynadığı üçün döydü, qızı isə onu polisə verdi

Xəbər
04 iyun 2026, 10:04

Şəhid jurnalistlərin anım günüdür

Xəbər
03 iyun 2026, 18:00

Yasamalda velosipedləri oğurlayan iki qardaş TUTULDU

Xəbər
03 iyun 2026, 16:43

Bakıda hoteldə adamı döydülər, bahalı telefonunu əlindən aldılar

Xəbər
03 iyun 2026, 15:51

Tanınmış simalar Horovlu kəndində…  - VİDEO

Xəbər
03 iyun 2026, 14:23

Xalq artisti: "Gənclərimiz iki-üç il birlikdə yaşasınlar, sonra ailə qursunlar"

Xəbər
03 iyun 2026, 13:13

Sabah Bakıda 27 dərəcə isti olacaq

Xəbər
03 iyun 2026, 11:31

Süleyman Mikayılovun müavini və digərlərinin işi yüngülləşdi

Xəbər
03 iyun 2026, 10:50

Bakıda gözəllik salonlarına qənim kəsilən gənc həbs edildi

Xəbər
03 iyun 2026, 09:58

Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

Xəbər
02 iyun 2026, 18:00

Sabahın hava proqnozu

Xəbər
02 iyun 2026, 17:30

Bakıda neft şirkətinin əməkdaşı iş yerində öldü

Xəbər
02 iyun 2026, 17:00

AYNA vəkilə 2 manat parklanma pulu ödəyəcək

Xəbər
02 iyun 2026, 16:30

"Sabah" Çempionlar Liqasına Avstriyada hazırlaşacaq

Xəbər
02 iyun 2026, 16:24

Bakıda şəhid xanımı müavinət kartına görə öldürüldü?- ŞOK DETALLAR

Oxşar xəbərlər