top
Hansı hallarda votsap yazışmaları izlənilə bilər? - Ali Məhkəmə açıqladı
18 fevral 2026, 17:05
- +

Hansı hallarda votsap yazışmaları izlənilə bilər? - Ali Məhkəmə açıqladı

Ali Məhkəmə "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Plenum qərarında şəxsi yazışmaların toxunulmazlığı ilə bağlı məsələlərə dair yeni xüsusi mövqelər sərgiləyib.

Bakuplus.az xəbər verir ki, plenum qərarında qeyd edilib ki, bu hüquq hər kəsin yazışma, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların sirrini qorumağa təminat verir. Şəxsin razılığı olmadan onun şəxsi yazışmalarının qanunazidd əldə olunması, istifadəsi və ya yayılması şəxsi toxunulmazlıq hüququnun pozuntusu hesab olunur.

Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər.

O da qeyd edilməlidir ki, hüquqi mübahisələrin həlli ilə bağlı həmin mübahisənin tərəfləri yalnız öz aralarında olan yazışmaları məhkəməyə və ya mübahisəni həll edən digər səlahiyyətli quruma (mediasiya, arbitraj və s.) sübut qismində təqdim edə bilərlər. Həmin tərəflər digər şəxslərlə olan yazışmaları öz hüquqi mübahisələrinin həllində sübut kimi təqdim edə bilməzlər.

Xüsusi olaraq qeyd edilməlidir ki, istənilən yazışmanın media və ya internet şəbəkələrində qarşı tərəfin razılığı olmadan paylaşılması və ya hər hansı digər formada yayılması qadağandır, bu hal şəxsiyyət hüquqlarına qanunsuz müdaxilə olmaqla mənəvi zərərin yaranma əsası hesab edilir.

Plenum qərarında həm də göstərilmişdir ki, şəxsin votsap yazışmalarının onun xəbəri olmadan müxtəlif vasitələrdən istifadə edilməklə izlənilməsi qadağandır. Yalnız valideyn yetkinlik yaşına çatmayan və tam fəaliyyət qabiliyyətli olmayan uşağının telefonuna onun razılığı olmadan baxa bilər.

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"Zibili təmizləyin, oynamaq istəyirik" - Bu dəfə uşaqlar ETİRAZ ETDİ

Xəbər
Dünən, 17:13

İslamşünas olmaq istəyənlər Psixoloji Komissiyadan keçməlidi

Xəbər
Dünən, 16:30

Bakıda qeyri-adi soyğunçuluq

Xəbər
Dünən, 16:00

"Arzum"un işinə sabah baxılacaq

Xəbər
Dünən, 15:24

İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü

Xəbər
Dünən, 13:30

"İşçi xəbər verməmişdi" - Bu bəhanə işəgötürəni məsuliyyətdən azad etmir

Xəbər
Dünən, 13:10

Tanınmış plastik cərrah öldü

Xəbər
Dünən, 11:54

Bakıda ölü doğulan uşaq zirzəmiyə atılıb – İDDİA + VİDEO

Xəbər
Dünən, 11:47

AZAL bu il donanmasına 4-cü təyyarəni əlavə edib

Xəbər
Dünən, 11:30

Bakıda təcili tibbi yardımda motosikletlərdən istifadə olunacaq

Xəbər
Dünən, 10:51

Qadının nömrəsini alan sürücünün başına görün nə oyun gəldi

Xəbər
Dünən, 10:00

Məmmədbağır Bağırzadənin doğum günüdür

Xəbər
Dünən, 09:52

Azərbaycanda övladlığa götürülənlərin sayı bilindi: Ən çox hansı yaş qrupuna üstünlük verilir?

Xəbər
Dünən, 09:36

Kişi olun!

Xəbər
20 iyul 2026, 18:00

Xaricdə oxuyan azərbaycanlıların ən çox seçdiyi ölkələr - SİYAHI

Xəbər
20 iyul 2026, 17:20

Bakıda dənizdə BƏDBƏXT HADİSƏ – 24 yaşlı oğlan boğuldu

Xəbər
20 iyul 2026, 17:00

90 milyonluq dələduzluq edən Serbiyada tutularaq Azərbaycana gətirildi - FOTO

Xəbər
20 iyul 2026, 16:29

Sabah Bakıda 34 dərəcə olacaq

Xəbər
20 iyul 2026, 15:54

Qanunsuz estetik əməliyyatlar edən həkimin işinə niyə xitam verildi? - AÇIQLAMA

Xəbər
20 iyul 2026, 15:30

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

Xəbər
20 iyul 2026, 14:30

Bakıda Tennis Akademiyasında ÖLÜM

Xəbər
20 iyul 2026, 13:30

Biləcəridə hoteldə meyit tapıldı

Xəbər
20 iyul 2026, 12:30

Bakıda qadın sevgilisini öldürdü

Xəbər
20 iyul 2026, 11:58

Bakıdan Naxçıvana gedənlər sənədləri "mygov"la təsdiq edəcəklər

Oxşar xəbərlər