top
Hansı xroniki xəstələr oruc tutmamalıdır?
24 fevral 2026, 12:31
- +

Hansı xroniki xəstələr oruc tutmamalıdır?

"Ramazan orucu zamanı uzunmüddətli aclıq və susuzluq bəzi xroniki xəstəliklər üçün ciddi risk yarada bilər".

Bu fikirləri "Sağlam radio"nun (93 FM) "Sağlam səhər" efirində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Nahid Məhərrəmov açıqlayıb.

Onun sözlərinə görə şəkərli diabetin, xüsusilə insulinlə müalicə olunan formaları risk qrupuna daxildir:

"Tez-tez hipoqlikemiya yaşayan diabet xəstələrində oruc təhlükəli ola bilər. Dərmanlarla çətin tənzimlənən arterial hipertenziya oruc zamanı ağırlaşa bilər. Ürək çatışmazlığı olan xəstələrdə maye balansının pozulması riski yüksəkdir. Bundan əlavə, yaxın zamanda infarkt keçirmiş şəxslərə oruc tövsiyə edilmir. Ürək ritm pozğunluğu olan xəstələrdə elektrolit dəyişiklikləri problem yarada bilər. Xroniki böyrək çatışmazlığı, xüsusilə irəliləmiş mərhələdə olan xəstələr üçün risklidir".

Mütəxəssis-ekspert bildirib ki, dializ alan xəstələr oruc tutmamalıdır:

"Həmçinin qaraciyər sirrozu olan xəstələrdə aclıq metabolik pozğunluqlara səbəb ola bilər. Aktiv hepatitlər zamanı oruc vəziyyəti ağırlaşdıra bilər, mədə və onikibarmaq bağırsaq xorasının aktiv dövrü risklidir. Xroniki qastrit və reflüks xəstələrində də bu zaman şikayətlər arta bilər. Bronxial astmanın ağır formalarında oruc tutmaq problem yarada bilər. Xroniki ağciyər xəstəliyi olan və oksigenə ehtiyacı olan xəstələr Ramazan ayında ehtiyatlı olmalıdır".

N.Məhərrəmov vurğulayıb ki, epilepsiya xəstələrində dərman qəbulunun gecikməsi tutmaları artıra bilər:

"Parkinson və digər nevroloji xəstəliklərdə dərman rejimi pozula bilər. Onkoloji xəstələrdə ümumi vəziyyətə görə fərdi qərar verilməlidir. Anemiyası olan insanlarda Oruc tutan zaman başgicəllənmə və ürəkbulanma ola bilər. Hamilələr, yanaşı xroniki xəstəliyi olan qadınlar risk altındadır. Bu səbəbdən hər bir xroniki xəstə üçün oruc tutmaq fərdi şəkildə qiymətləndirilməlidir".

Son xəbərlər

Xəbər
Dünən, 18:00

"103"ə 34 mindən çox əsassız çağırış olub - TƏBİB

Xəbər
Dünən, 17:53

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana gətirildi

Xəbər
Dünən, 17:40

Xalq artistindən kişi kimi rəqs edən qadınlara İRAD

Xəbər
Dünən, 17:09

Flora Kərimovanın səhhəti necədir? - ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:34

Bakı metrosunda iş rejimi dəyişdirilir

Xəbər
Dünən, 15:55

"Moyka"dan maşın qaçırdı, tutuldu

Xəbər
Dünən, 15:15

"Miss Azerbaijan 2019" modeli Türkiyə məhkəməsində qalib gəldi

Xəbər
Dünən, 14:18

Mehdiabadda DƏHŞƏT: Başında xəsarətlər olan meyit tapıldı - YENİLƏNİB

Xəbər
Dünən, 14:08

Dünya ulduzları Bakıya gəlir: Sabahdan "Dream Fest" başlayır

Xəbər
Dünən, 13:11

Sabah Bakıda 36 dərəcə isti olacaq

Xəbər
Dünən, 13:01

Arzum ev dustaqlığına buraxıldı

Xəbər
Dünən, 12:10

Bakıda yaşayış binasında 6 liftin fəaliyyəti dayandırldı

Xəbər
Dünən, 11:12

Direktor "dur zaldan rədd ol", "adama oxşamaz" dedi, məhkəməlik oldu

Aktual Xəbərlər
Dünən, 09:58

Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 09:32

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Xəbər
Dünən, 09:29

Tofiq Mirzəyev vəfat etdi

Xəbər
21 iyul 2026, 18:09

"Zibili təmizləyin, oynamaq istəyirik" - Bu dəfə uşaqlar ETİRAZ ETDİ

Xəbər
21 iyul 2026, 17:13

İslamşünas olmaq istəyənlər Psixoloji Komissiyadan keçməlidi

Xəbər
21 iyul 2026, 16:30

Bakıda qeyri-adi soyğunçuluq

Xəbər
21 iyul 2026, 16:00

"Arzum"un işinə sabah baxılacaq

Xəbər
21 iyul 2026, 15:24

İnterneti bəhanə etdi, sürücünün kartından 700 manat götürdü

Xəbər
21 iyul 2026, 13:30

"İşçi xəbər verməmişdi" - Bu bəhanə işəgötürəni məsuliyyətdən azad etmir

Xəbər
21 iyul 2026, 13:10

Tanınmış plastik cərrah öldü

Xəbər
21 iyul 2026, 11:54

Bakıda ölü doğulan uşaq zirzəmiyə atılıb – İDDİA + VİDEO

Oxşar xəbərlər