Üç ildən artıqdır həbsdə olan Rəşad Dağlının (Rəşad Əmirov) ilk dəfə cəzaçəkmə müəssisəsindən görüntüsü yayımlanıb. Məhz bundan sonra ailəsi onun səhhəti ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.
Unikal.az xəbər verir ki, ailənin açıqlamasında bildirilir:
"Yayılan video ilə bağlı çoxsaylı zənglər gəlir. Meyxanaçının səhhəti yaxşıdır. Narahat olmağa heç bir əsas yoxdur. Sağlamlıqla bağlı həkim məsləhəti ilə pəhriz saxlayır, idman edir və çəki atır. Videodakı görüntü tam reallığı əks etdirmir. Fondakı işığa görə saçları belə görünür".