top
Heç vaxt aktyorlarla dostluq etməmişəm, sürüşkəndirlər - Aydın Kazımzadə
28 fevral 2025, 01:36
- ↺ +

"Heç vaxt aktyorlarla dostluq etməmişəm, sürüşkəndirlər" - Aydın Kazımzadə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ata tərəfdən Maştağalı, ana tərəfdən Fatmeyiliyəm. Amma meylim Fatmeyiyə daha çoxdur”.

Bunu apa.az-a müsahibəsində jurnalist, kinoşünas Aydın Kazımzadə deyib.

Aydın Kazımzadə hazırda tək yaşamağından danışıb: “Yoldaşımdan sonra tək qalmağa öyrəşmişəm. Yoldaşım sağ olaydı, sizi belə qarşılamazdım, evdə nə varsa, süfrəyə doldurardı. O, şuşalı idi”.

O, həyat yoldaşının beş il bundan qabaq, 79 yaşı olanda rəhmətə getdiyini bildirib.

Aydın Kazımzadə iki dəfə Mircəfər Bağırovu gördüyünü söyləyib: “Günlərin bir günü İsmailiyyə binasında Kənd təsərrüfatı işçilərinin respublika müşavirəsi keçirilirdi. Bizə ağ köynək, qara şalvar, pioner qalstuku geyindirib ora mahnı oxumağa apardılar. Adam əlindən tərpənmək olmurdu. Bir də gördüm ki, yuxarıdakı stolun arxasında eynəkli bir adam oturub. Əlində də çoxlu karandaş var, ovcunun içində tutub, ovuşdurur. Bizə qabaqcadan tapşırılmışdı ki, tədbirdə Mircəfər Bağırov da olacaq. Bir orda görmüşəm, bir də Filarmoniyanın bağında görmüşdüm. Gördüm Nazirlər Sovetinin qarşısı ilə aşağı düşür. Filarmoniya ilə üzbəüz Milli İncəsənət Muzeyi var, Bağırovun evi onun birinci binasında yerləşirdi. Gördüm əli dalında piyada gəzir. Biz də bağda idik”.

Kinoşünas “Aktyorlar arasında dostlarınız olmayıb?” sualının cavabında bildirib ki, mənim dostlarım rejissorlar idi: “Sürüşkəndirlər. Aktyorlar arasında möhkəm münasibətim olan adam olmayıb”.

Aydın Kazımov Azərbaycanın əfsanəvi aktyorları haqqında fikirlərini də bölüşüb: “Həsən Məmmədov aktyor deyildi, böyük insan idi. Onun əvvəl insanlığı vardı, sonra aktyorluğu, özü də kişi aktyor idi. Bir o idi, bir də Şahmar Ələkbərov. Şahmarla da çox yaxın olmuşuq. Şahmar da, Həsən də insan kimi əvəzsiz adam idilər”.

Kinoşünas Həsənağa Turabovu yekəxana adlandırıb: “Onunla aram yox idi, yekəxana idi. Mən həmişə deyirəm ki, sənətkarlara kənardan baxın, yaxına gedəndə pərişan olacaqsız. Rasim Balayev dövrümüzün böyük sənətkarıdır, amma mən xatirələr kitabımda onun haqqında tənqidi məqalə yazmışam”.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:45

Vurulan gəmidə sağ qalan azərbaycanlıların - Fotosu

Xəbər
Dünən, 23:10

Bakıda 3 restoran bağlandı

Xəbər
Dünən, 20:04

Oktyabr ayı üzrə ödənişlər başa çatıb

Siyasət
Dünən, 19:06

XİN: "Gəmidəki vətəndaşımızın hamısı xilas edilib"

Xəbər
Dünən, 18:20

Bakıda kişi tanıdığı şəxsin 30 manatlıq telefonunu götürüb qaçdı

Xəbər
Dünən, 17:43

Azərbaycan alimləri Beynəlxalq elmi qurumda rəhbər vəzifələrə seçildilər

Xəbər
Dünən, 16:37

Keçmiş arvadının fotosuna söyüş yazıb "TikTok"da paylaşdı, həbs olundu

Xəbər
Dünən, 15:00

Qaradağ RİH-in sabiq müavini 8 gün sonra azadlığa çıxacaq

Xəbər
Dünən, 14:45

Bakıda kişi şalvarını ütüləməyən arvadını döydü

Xəbər
Dünən, 13:54

Ölümünü yuxusunda görən sənətkar...

Xəbər
Dünən, 12:14

Fərhad Xəlilov "İstiqlal" ordeni ilə təltif edilib

Xəbər
Dünən, 11:07

"İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunur

Xəbər
Dünən, 10:31

Arsen Venger U-15 dünya çempionatı üçün Bakıya gəlib

Xəbər
22 oktyabr 2026, 17:52

Yeni Ramanada avtomobillər məhəlləni magistrala çeviriblər - VİDEO

Xəbər
22 oktyabr 2026, 16:47

Azərbaycanlı iş adamı keçmiş arvadını həbs etdirmişdi - qərar ləğv olundu

Xəbər
22 oktyabr 2026, 15:02

Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanılıb

Xəbər
22 oktyabr 2026, 14:14

Buzovna qəsəbəsindəki xəstəxanada rentgen kabineti fəaliyyət göstərmir?

Xəbər
22 oktyabr 2026, 13:40

Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?

Xəbər
22 oktyabr 2026, 13:08

"Peyğəmbərəm" deyib qətl törədən "sayt redaktoru"nun atası ilə bağlı QƏRAR

Siyasət
22 oktyabr 2026, 12:20

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Xəbər
22 oktyabr 2026, 11:12

Azərbaycanlıların xaricə səfərləri azalıb

Xəbər
22 oktyabr 2026, 10:31

BİR MİLYON manatı "Topaz"da UDUZDU, məhkəməlik oldu

Xəbər
22 oktyabr 2026, 09:24

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
22 oktyabr 2026, 08:54

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

Oxşar xəbərlər