top
Həkimlər vəziyyəti ağır olan körpələrə baxmayıb - 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə
28 yanvar 2026, 17:03
- ↺ +

Həkimlər vəziyyəti ağır olan körpələrə baxmayıb - 7 körpənin öldüyü yanğınla bağlı məhkəmə

"Respublika Perinatal Mərkəzi"ində 7 körpənin öldüyü yanğınla bağlı ittiham olunan direktor və şöbə rəislərinin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Apa.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi keçirilən prosesdə təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə vəsatət verib. Vəkil bildirib ki, məhkəmə tərkibi dəyişsə də, proses yenidən başlamayıb: "İşə yenidən baxılmalıdır".

Digər vəkillər vəsatəti müdafiə edib. Vəsatət təmin edilməyib.

Daha sonra təqsirləndirilən Mehriban Abasquliyevanın vəkili məhkəməyə növbəti vəsatət verib:

Vəkil hadisə baş verən zaman körpələrin başqa xəstəxanalara hospitalizasiyasını həyata keçirən tibb personalının məhkəməyə şahid qismində çağırılmasını istəyib.

Vəkil bildirib ki, körpələr Kliniki Tibbi Mərkəzə aparılsa da, həkimlər körpələrin yanına buraxılmayıb və onlara tibbi yardım göstərilməsinə icazə verilməyib, ona görə də körpələr ölüb. Zərərçəkmiş şəxsin hüquqi varisi vəkilin vəsatətinə münasibət bildirib.

O qeyd edib ki, Kliniki Tibbi Mərkəzə aparılan körpələr qəbul edilsə də, vəziyyətləri ağır olduğu üçün həkimlər onlara baxmayıb. Həmin körpələrə elə Perinatal Mərkəzin həkimləri baxıb. Kliniki Tibbi Mərkəz onlara yalnız yer və müalicə avadanlıqları verib.

Mehriban Abasquliyeva isə bildirib ki, körpələr Yeni Klinika ilə Kliniki Tibbi Mərkəzə aparılıb. Lakin Perinatal Mərkəzin həkimləri Kliniki Tibbi Mərkəzə buraxllmayıb.

Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib.

Vəsatət təmin edilməyib.

Məhkəmənin növbəti iclası 4 fevrala təyin edilib.

Son xəbərlər

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
03 oktyabr 2026, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
03 oktyabr 2026, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
03 oktyabr 2026, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
03 oktyabr 2026, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Oxşar xəbərlər