top
Həyətdə maşın saxlamaq üstündə qonşularından birini baltaladı, digərini...
13 mart 2026, 10:26
- ↺ +

Həyətdə maşın saxlamaq üstündə qonşularından birini baltaladı, digərini...

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Faiq Məmmədli (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilmiş apellyasiya protesti və şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Pravda.az xəbər verir ki, son iclasda qərar elan olunub və apellyasiya protesti ilə şikayət təmin edilməyib.

İttihama görə, hadisə 18 oktyabr 2024-cü il səhər saatlarında paytaxtda baş verib. Faiq Məmmədli avtomobili ilə həyətdən çıxmaq istəyərkən qonşusu Mahir Səfərovla (adı, soyadı şərtidir) mübahisə edib. Mübahisəyə səbəb Mahirin saxladığı avtomobilinin çıxışa mane olması olub. Təqsirləndirilən şəxs onu təhqir edib, avtomobilin qapısını açaraq yumruqla vurub. Mahir göz və üz nahiyəsindən xəsarət alıb.

Daha sonra Faiq avtomobilindən götürdüyü bıçaqla onu hədələyib. Münaqişəyə müdaxilə edən Saleh Nəsirova (adı, soyadı şərtidir) də bıçaqla xəsarət yetirilib.

Hadisə bununla da bitməyib. Həmin gün səhər saatlarında Faiq Məmmədli Zahid Səfərovla (adı, soyadı şərtidir) qarşılaşıb. Zahid ona Mahirlə baş vermiş münaqişə ilə bağlı irad bildirib. Təqsirləndirilən şəxs isə bu iradı bəhanə edərək xuliqanlıq niyyəti ilə onu öldürmək qərarına gəlib. Faiq evdən götürdüyü balta ilə Zahidin baş nahiyəsinə iki dəfə zərbə vurub. Hadisə yerində olan şəxslərin müdaxiləsi nəticəsində təqsirləndirilən şəxs niyyətini sona çatdıra bilməyib.

Zərərçəkmiş ağır kəllə-beyin travması alıb, lakin vaxtında xəstəxanaya çatdırıldığı üçün həyatı xilas edilib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Məmmədli 3 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını ciddi rejimli müəssisədə çəkməsi qərara alınıb.

Dövlət ittihamçısı daha ağır cəza verilməsi üçün protest versə də, təqsirləndirilən şəxs daha yüngül maddə tətbiq olunmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi hər iki müraciəti təmin etməyərək hökmü qüvvədə saxlayıb.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər