top
Hökməli sakinlərinin həyat şəraiti daha da çətinləşdi – Yolun üzərinə su da gəldi + YENİLƏNİB
06 avqust 2026, 16:44
- ↺ +

Hökməli sakinlərinin həyat şəraiti daha da çətinləşdi – Yolun üzərinə su da gəldi + YENİLƏNİB

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Hökməlinin bəzi ərazilərində suyun kəsilməsinə münasibət bildirib. 

Xidmətdən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən ərazidə əhali tərəfindən fərdi qaydada çəkilmiş su xətləri yay mövsümündə su təminatında müəyyən çətinliklərin yaranmasına səbəb olur: "Bununla əlaqədar olaraq, ərazidə su təminatının yaxşılaşdırılması istiqamətində Regional Su Meliorasiya Xidmətinin tabeliyində olan Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən müvafiq işlər həyata keçirilir. Yaxın zaman ərzində yeni su anbarının istifadəyə verilməsi ilə su təminatı ilə bağlı yaranan çətinliklərin aradan qaldırılması nəzərdə tutulur. Məlumat üçün bildiririk ki, növbəlilik əsasında su təminatında çətinlik yaranan ərazilərdə yaşayan abonentlərin suya olan tələbatının qarşılanması məqsədilə su maşınları vasitəsilə su təminatı həyata keçirilir".

****

15:47

"Biz Hökməli qəsəbəsinin sakinləri olaraq artıq bir aydır ciddi su problemi ilə üz-üzəyik. Həftədə üç dəfə verilən su son indi ümumiyyətlə gəlmir".

Bunu Bakuplus.az-a müraciət edən Hökməli sakinləri bildiriblər.  

Onların sözlərinə görə, hər həftə qəsəbənin müəyyən hissələrinin su təchizatı dayandırılır: "Nəticədə insanlar su maşınlarına üz tutmaq məcburiyyətində qalırlar. Hazırda 4 ton su təxminən 60 manata satılır. 4 ton su isə yayda cəmi bir neçə gün bəs edir".  

Sakinlər deyirlər ki, qəsəbədə yollar uzun müddətdir bərbad vəziyyətdədir, yol probleminin üzərinə su probleminin əlavə olunması insanların gündəlik həyatını daha da çətinləşdirib: "Dəfələrlə aidiyyəti quruma müraciət edilsə də, problemin həlli və ya səbəbləri barədə heç bir rəsmi məlumat verilmir. Hökməli sakinləri olaraq xahiş edirik ki, bu problem ictimailəşdirilsin və aidiyyəti qurumlar məsələyə operativ şəkildə müdaxilə edərək problemin həlli istiqamətində tədbirlər görsünlər".

 

 

 

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər