top
İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi
04 noyabr 2025, 10:34
- +

İcra Hakimiyyətlərinin ləğvi yenidən gündəmə gəldi

Oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Balakən rayon icra hakimiyyətində əməliyyat keçirilib. Əməliyyatlar zamanı rayonun icra başçısı İslam Rzayev saxlanılıb.

Bundan sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Başçının müavinləri saxlanılıblar. 

Son əməliyyatlar İcra hakimiyyətləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.  Belə ki, İcra hakimiyyətlərinin ləğv edilməsi ilə bağlı müəyyən təkliflər səsləndirilir. 

Bu daha çox İcra hakimiyyətlərinin artıq özünü doğrultmaması, yeni yaradılan Prezidentin Xüsusi Nümayəndəliyi institutunun daha səmərəli fəaliyyəti ilə əsaslandırılır.

Modern.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib ki, İcra hakimiyyətləri müxtəlif islahatlara məruz qalmalıdır:

"Düşünürəm ki, yerli İcra hakimiyyəti orqanları qurum kimi islahatlara məruz qalmalıdır. Lakin İcra hakimiyyəti orqanlarının ləğvi ilə bağlı məsələnin aktual olacağını düşünmürəm. Yerli İcra hakimiyyətləri ərazi vahidlərində icranı həyata keçirən orqanlardır. İcra başçıları Prezident tərəfindən təyin olunur və ona  hesabat verirlər. Onunla razıyam ki, Prezidentin Xüsusi Nümayəndəliyi institutu səmərəliliyini tam doğrulda bilib. Amma unutmayaq ki, xüsusi nümayəndəliklərin əhatə etdiyi ərazilərdə bu gün İcra hakimiyyəti orqanları da mövcuddur, ləğv olunmayıblar. İslahat dedikdə, biz müxtəlif modelləri nəzərdən keçirə bilərik. Məsələn, bu gün Naxçıvan Muxtar Respublikasında Prezidentin Xüsusi Nümayəndəliyi var. Bununla yanaşı, orada yerli İcra hakimiyyəti orqanları da fəaliyyət göstərir. Bu, hər iki qurumun birlikdə çalışa biləcəyini göstərir. Yerli İcra hakimiyyəti orqanları ləğv olunsa, həmin ərazi vahidlərində insanlarımız hara müraciət edəcəklər, rayonun müxtəlif qurumları ilə kim işləyəcək? Nəzərə alaq ki, mərkəzi hakimiyyət orqanları regionallaşma prosesinə start veriblər. Rayonların özlərində İcra hakimiyyətləri var ki, onlar fəaliyyətləri əlaqələndirir. İndi İcra hakimiyyətləri orqanları ləğv olunsa, kim bu məsələni əlaqələndirəcək? Xüsusi Nümayəndəliyə bir yox, bir-neçə rayon daxil olacağı nəzərə alınmalıdır. Burada müəyyən boşluqlar, uyğunsuzluqlar var. Düşünürəm ki, yerli İcra hakimiyyətlərinin ləğvindən danışmamalıyıq. Yerli İcra hakimiyyətlərinin fəaliyyətinin yenilənməsi, onun statusuna yenidən baxılması, səlahiyyətləri haqda islahatların həyata keçirilməsinə zərurət var. Onların daha səmərəli şəkildə fəaliyyət göstərməsi üçün, təbii ki, qanunvericilikdə dəyişiklik zəruridir və bu zamanın tələbidir".

Deputat vurğulayıb ki, hər hansı fundamental dəyişiklik, islahat olarsa, konstitusiyada da dəyişiklik edilməsi nəzərdə tutula bilər:

"Yerli İcra hakimiyyəti orqanlarının fəaliyyətinin təşkili, statusu, səlahiyyətləri ilə bağlı məsələlər Milli Məclisin müzakirə etdiyi məsələlərə aid deyil. Bu, müstəsna olaraq, cənab Prezidentin səlahiyyətlərinə aiddir. Bu gün də yerli İcra hakimiyyəti orqanları 2012-ci ildə cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş "Yerli İcra hakimiyyəti orqanları haqqında" Əsasnamə əsasında fəaliyyət göstərir. Hər hansı dəyişikliklər olarsa, bu, cənab Prezidentin fərmanı ilə tənzimlənə bilər. Ona görə də, əvvəlcədən nəsə deməyimiz mümkün deyil. Əgər belə bir zərurət yaranarsa, təbii ki, bax bu üsulda dəyişikliklər ediləcək. Onu da unutmayaq ki, yerli İcra hakimiyyəti orqanları haqda müddəalar milli Konstitusiyamızda da yer alıb. Yəqin ki, bu istiqamətdə hər hansı fundamental dəyişiklik, islahat olarsa, Konstitusiyada da dəyişiklik edilməsi nəzərdə tutula bilər".

Son xəbərlər

Xəbər
Bu gün, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
Bu gün, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
Bu gün, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
Bu gün, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
Bu gün, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
Bu gün, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
Dünən, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
Dünən, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
Dünən, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
Dünən, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
Dünən, 13:19

Bakıya Payız gəlir

Xəbər
Dünən, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Xəbər
03 sentyabr 2026, 17:36

Azərbaycanda federasiyalardan biri fəaliyyətini dayandırıb - ÖZƏL

Xəbər
03 sentyabr 2026, 16:53

Qaçırdığı qızla günlərlə maşında gecələdilər - Həbs edilən var

Xəbər
03 sentyabr 2026, 16:05

Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı

Xəbər
03 sentyabr 2026, 14:07

"Problem həll olunub" deyilmişdi, tələbə etiraz etdi: "Mənə heç nə deyilməyib"

Xəbər
03 sentyabr 2026, 10:34

Arvadının maşınını düzəltdirmədi deyə evdə dava düşdü

Xəbər
03 sentyabr 2026, 09:45

3 yaşlı uşağın ət maşınında qalan əli əməliyyatla bərpa edildi

Xəbər
03 sentyabr 2026, 09:00

Görkəmli sənətkar Yaşar Nurinin doğum günüdür

Xəbər
02 sentyabr 2026, 18:00

"Neftçi"də növbəti ayrılıq - Kenan Piriçlə müqaviləyə xitam verildi

Xəbər
02 sentyabr 2026, 17:00

Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Oxşar xəbərlər