top
İki sabiq hakim vəkil oldu
22 oktyabr 2025, 15:30
- ↺ +

İki sabiq hakim vəkil oldu

Bakı Ağır Cinayətlər Məhkəməsinin iki sabiq hakimi Vəkillər Kollegiyasına üzv qəbul olub.

Teleqraf.az xəbər verir ki, söhbət Azad Məcidov və Mahmud Ağalarovdan gedir.

Onların hər ikisi Vəkillər Kollegiyasının Rəyasət heyətinin bugünkü iclasında vəkil andı içiblər və kollegiyaya üzv olublar.

Qeyd edək ki, Azad Məcidov hüquq-mühafizə orqanlarının birində 30 ilə yaxın müstəntiq işləyib. Polkovnik rütbəsi daşıyan Məcidov o vaxt silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədov cinayətini araşdıran istintaq qrupunun üzvü olub.

Azad Məcidov 2007-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. Bu illər ərzində o, ölkə gündəmində olan bir çox işlərlə bağlı hökmü çıxarıb. Buraya müğənni Fədayə Laçının, tarixçi-alim Səbuhi Hüseynovun, "Bravo" hipermarketə basqında təqsirləndirilən şəxslərin, erməni diversantların bir qrupunun işləri də daxildir. Onun icraatında olan son səs-küylü iş talassemiyalı uşaqların pulunun ələ keçirilməsi ilə bağlı olub.

Ümumilikdə 40 il hüquq-mühafizə və məhkəmə sistemində çalışan A.Məcidov bu ilin əvvəlində yaş həddi ilə bağlı hakim vəzifəsindən təqaüdə çıxıb.

Digər vəkil Mahmud Ağalarov da uzun müddət prokurorluq orqanlarında çalışıb. Onun sonuncu iş yeri Bakı Ağır Cinayətlər Məhkəməsi olub. Ötən il yaş həddi ilə bağlı təqaüdə çıxıb.

Mahmud Ağalarov hakimlik dövründə bir çox səs-küylü işlərlə bağlı hökm oxuyub. 

Son xəbərlər

Xəbər
Bu gün, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Bu gün, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Bu gün, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Bu gün, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Bu gün, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Oxşar xəbərlər