top
İnsult keçirən Ənvər Həsənovun qızı atasının son VƏZİYYƏTİNDƏN DANIŞDI
12 fevral 2025, 03:58
- +

İnsult keçirən Ənvər Həsənovun qızı atasının son VƏZİYYƏTİNDƏN DANIŞDI

İnsult keçirən Xalq artisti Ənvər Həsənovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə Bakuplus.az-a aktyorun qızı Aytən Həsənova məlumat verib.

Bildirib ki, atamın vəziyyətində heç bir dəyişiklik yoxdur:

“Bir həftədir ki, evdədir. Müalicəsi evdə davam etdirilir. Həkim nəzarətindədir. Lakin səhhətində hər hansısa bir dəyişiklik yoxdur. Kefi bir gün yaxşı olur, bir gün yox. Heç kəsi tanımır. O öz aləmindədir. Danışa bilmir. Çox arıqlayıb”.

A.Həsənova atasının həkimləri ilə hər gün əlaqədə olduqlarını söyləyib:

“Həkimlərlə hər gün danışırıq. İki həkimi var. Atam yaşlı adamdır və ikinci dəfədir ki, insult keçirir. Həkimlər də nə isə deməkdə çətinlik çəkir. Hadisədən 1 ay keçir. Lakin hələ də hər hansısa dəyişiklik yoxdur.

Bəzi yalanları mənimlə danışmadan yazırlar. Sözüm budur ki, ən azı əlaqə saxlayın. Elə bilirlər k, atam yaxşı olduğu üçün biz onu xəstəxanadan çıxarmışıq. Xeyr, düşündük evə gələr, yadına nələrsə düşər. Evdə də qonaq kimidir. Təki sağalsın. Bizim də istəyimiz budur”.

Qeyd edək ki, Ənvər Həsənov Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti, 1 avqust 2018-ci ildə isə Xalq artisti fəxri adlarına, 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Ə.Həsənov “Yeddi oğul istərəm” filmində Cəlal, “Dərviş Parisi partladır” filmində Şahbaz, “Babək” filmində Tərxan, “Atları yəhərləyin” filmində Sirac, “Uşaqlığın son gecəsi” filmində Murad və başqa yaddaqalan obrazlar yaradıb.

Nəzrin Vahid 

Son xəbərlər

Xəbər
Dünən, 18:00

"Neftçi" müdafiəçi transfer etdi

Xəbər
Dünən, 17:37

Dövlət Neft Fondunun vəzifəli şəxsi vəfat etdi

Xəbər
Dünən, 16:37

Bloqer "Zevs"in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi

Xəbər
Dünən, 15:36

Təhsil naziri sosial media istifadəçilərini tənqid etdi

Xəbər
Dünən, 15:12

9 ildir aliment ödəməyən kişi 9 aylıq həbs edildi

Xəbər
Dünən, 14:46

Sabah yağış yağacaq

Xəbər
Dünən, 14:40

Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı

Xəbər
Dünən, 13:46

Bir ayın əsgəri səhlənkarlıqdan ölüb?

Xəbər
Dünən, 12:21

17 yaşlı oğlan 16 yaşlı Bakı sakinini qaçırdı

Xəbər
Dünən, 11:03

Aygün Bayramovadan etiraz: "Çox cılızlaşdırıblar"

Xəbər
Dünən, 10:43

Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət

Xəbər
Dünən, 10:26

Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? - Ali Məhkəmədən izah

Xəbər
Dünən, 10:09

Azərbaycanda ən çox böyrək köçürülməsinə ehtiyac var - Son rəqəmlər

Xəbər
Dünən, 09:29

Türkanda avtomobil piyadanı vuraraq öldürdü

Xəbər
23 iyun 2026, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
23 iyun 2026, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
23 iyun 2026, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
23 iyun 2026, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
23 iyun 2026, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
23 iyun 2026, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
23 iyun 2026, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
23 iyun 2026, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
23 iyun 2026, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
23 iyun 2026, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Oxşar xəbərlər