top
İranlı milyonçu qadın Bakıda aldadılıb
14 oktyabr 2025, 17:12
- ↺ +

İranlı milyonçu qadın Bakıda aldadılıb

İranlı milyonçu, iş xanımı Mojgan Abodi Bakıda təsis etdiyi "Azer Pak" MMC-nin sabiq baş mühasibi Fərhad Əfəndiyevin də aralarında olduğu şəxsləri 3 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham edib.

Qafqazinfo.az-ın əldə etdiyi məlumata görə, 70 yaşlı F.Əfəndiyev istintaqın əvvəlində həbs edilib.

İş materiallarına əsasən, "Azer Pak" MMC iranlı qadın tərəfindən yaradılmış, sabun və digər yuyucu vasitələrin satışı ilə məşğul olan şirkətdir. Fərhad Əfəndiyev on il ərzində şirkətdə baş mühasib, bir müddət isə direktor vəzifəsini icra edib. O, təqaüdə çıxdıqdan sonra Mojgan Abodinin şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət baş verən dövrdə Amerikada yaşamış Mojgan Abodi ifadəsində deyib ki, şirkətin yaradılması üçün 5-6 milyon ABŞ dolları sərmayə qoyulub: "İttiham aktında göstərilən 3 milyon 218 min manat zərər düzgündür. Bizim bir neçə ölkədə şirkətlərimiz var. Mən onlayn qaydada dörd şirkət idarə edirəm, hesabatları alır və yoxlayıram. Əgər mühasib, auditor və hüquqşünas birləşməsə,  belə oğurluq mümkün deyil. Onlar birləşib pulu mənimsəyiblər. Axırda məcbur qalıb polisə üz tutdum. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və bütün pulumun qaytarılmasını tələb edirəm".

Fərhad Əfəndiyev isə ittihamı qəbul etməyib. Onun sözlərinə görə, müəssisənin direktoru Seyfi Mirhəmid olub və onun mənimsəmədə iştirak edib-etmədiyini bilmir. Özünü təqsirli saymasa da, vurulmuş ziyanın bir hissəsini ödəyib.

Bundan əlavə, mənimsəmədə şirkətin direktoru işləmiş Seyfi Mirhəmidin də rol oynadığı bildirilir. Zərərçəkmiş onun da məsuliyyətə cəlb edilməsində maraqlı olsa da, Seyfi Mirhəmidin harada olması hələ müəyyən edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Əfəndiyev xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun yaşı və ağır dərəcəli ürək xəstəliyi nəzərə alınaraq, cəzanın şərti hesab edilməsinə qərar verilib. Məhkəmə zalından azadlığa buraxılan F.Əfəndiyevin avtomobili üzərinə qoyulmuş həbs də zərərçəkmişin razılığı ilə götürülüb.

Son xəbərlər

Xəbər
Bu gün, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Bu gün, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Bu gün, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Bu gün, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Bu gün, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Bu gün, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Bu gün, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Bu gün, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Oxşar xəbərlər