top
İş yoldaşının başına stəkanla vurub öldürdü
12 dekabr 2025, 13:30
- ↺ +

İş yoldaşının başına stəkanla vurub öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə iş yoldaşını başından stəkanla vurub öldürdüyünə görə 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilən Möhsün Abdullayevin cinayət işi üzrə ifadəsi məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs kimi dindirilən Möhsün Abdullayev elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini deyib və hadisənin başvermə şəraitindən danışıb.

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, 10 may 2025-ci il tarixdə, saat 08:00-dan 16:00-dək çalışdığı şirkətdə işdə olub. İş yoldaşı Bahadur Tağıyev ondan oksigen balonunu qarışdırmağı xahiş etdi. O isə bu işin təhlükəli olduğunu, vəzifə öhdəliklərimə daxil olmadığını deyərək bundan imtina edib. 

Möhsün Abdullayev ifadəsində qeyd edib ki, bundan sonra Bahadur onu təhqir edib, təpiklə vurub və boğmağa çalışıb. Bu zaman özünü müdafiə edib, Bahaduru öldürmək niyyəti olmayıb. 

O, ittiham aktında göstərilən kimi dörd dəfə yox, bir dəfə gildən hazırlanmış stəkanla Bahaduru vurduğunu, nəticədə zərərçəkmişin başından az miqdarda qan gəldiyini görərək geri çəkildiyini bildirib. Həmçinin zərərçəkmişin baş nahiyəsində əvvəldən də kəsik izlərinin olduğunu qeyd edib.

Təqsirləndirilən şəxs vurğulayıb ki, təxminən bir saat sonra zərərçəkmiş şəxs ona yaxınlaşaraq özünü pis hiss etdiyini bildirib və siqaret istəyib. Möhsün ona təcili tibbi yardıma zəng etməyi təklif edib, Bahadur isə buna ehtiyac olmadığını deyib. Daha sonra iş yoldaşının telefonu ilə təcili yardım çağırıb, lakin həkimlər gələnədək Bahadur artıq həyatını itirib. 

Qeyd edək ki, 55 yaşlı Möhsün Abdullayev 1997-ci ildə də 8 il məhkum olunub

Son xəbərlər

Xəbər
Bu gün, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Bu gün, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Bu gün, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Bu gün, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Bu gün, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Bu gün, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər