top
Kamran Əsədov həbs edildi
23 yanvar 2026, 17:41
- +

Kamran Əsədov həbs edildi

Gəncə şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun və tarix müəllimi Gündüz Abbasov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Teleqraf.az xəbər verir ki, hakim Elçin Məmmədovun sədirliyi ilə keçirilən məhkəmə prosesi şahidlərin dindindirilməsi ilə davam edib.

Şahidlərdən Ramin Abdullayev ifadə verib. O, bildirib ki, Kamran Əsədovu tanımasada, Gündüz Abbasovu Gəncə şəhərində yaşayan qohumu vaistəsi ilə Gündüz Abbasovu tanıyıb. Tərəflər Bakıda restoranlardan birində görüşüblər. G. Abbasov kiçik bir qulaqcıq göstərib və R. Abdullayevə cihazın necə işləyəcəyini izah edib. Bunun qarşılığında 18 min manat danışılsa da G. Abbasova 9 min manat pul verib. İmtahandan üç gün qabaq isə övladı Gəncə şəhərinə gəlib. Cihazların ayaqqabının alt hissəsində gizlədildiyi bildirilib. Lakin ilk imtahanda cihaz çalışmayıb. Sonradan G. Abbasov həbs olunduğundan 9 min manatı qarşı tərəfə ödəməyib.

Daha sonra Ruslan Çobanov ifadəsində verib. Bildirib ki, tanıdığı Anar adlı şəxs övladının Tibb Universitetinə qəbul olmasını istəyib. R. Çobanov isə qarşılığında Namiq adlı şəxslə danışıb. Ruslan Çobanov abuturientin universitetə girməsi müqabilində Anardan 212 min manat alıb. Həmin məbləğin Lakin 77 min manatını Namiqə verib, Namiq isə öz növbəsində pulu Gündüz Abbasova çatdırıb. Sonradan işin alınmadığı məlum olub və cinayətin üstü açılıb. Belə olan halda
Anar adlı şəxsin ödədoyi 77 min manatını R. Çobanov özü vəsaitindən geri ödəyib. Prosesdə hakim və dövlət ittihamçısı R.Çovdarovun ifadələrinin ziddiyyətli olduğuna görə, növbəti prosesdə Namiq adlı şəxsin də məhkəməyə çağrılmasını istəyib.

Ardından Kamran Əsədovun qaynı Bəhmən Hüseyinli hakimə yarımçıq qalan ifadəsini davam etdirib. Hakim Elçin Məmmədov B.Hüseyinlinin ibtidai istintaqda verdiyi ifadəni oxuyaraq ona xatırladıb. İfadəyə görə. Gündüz Abbasov K. Əsədovun ofisinə qara çanta ilə xüsusi cihazlar gətirib. Burada 4 komplekt texniki vaistə, bir ayaqqabı və qara rubaçka olub. Ofisdə K. Əsədovda olub. B. Hüseyinli isə hakimə ibtidai istintaqda belə bir ifadə vermədiyini deyib. Prosesdə hakim B. Hüseyinlinin öz xətti ilə ifadəsini təsdiqlədiyini növbəti dəfə xatırladıb.

B. Hüseyinli ifadəsində onu da deyib ki, daha əvvəl ifadə verən Gültən Quliyevanın K. Əsədova pul verməsində iştirak etməyib. Həmçinin imtahan verən heç bir abuturientə cihazları quraşdırmadığını əlavə edib. B. Hüseyinli ifadəsində sadəcə K. Əsədovun ofisində həmin abuturientlərin cihazla məşq etdiklərini görüb. Amma bunun nə məqsədlə edildiyi bilməyib.

Prosesin davamında hakim Elçin Məmmədov Mehman Cəfərov adlı şəxsin Naftalan şəhər Polis Şöbəsinə Kamran Əsədov və Gündüz Abbasov barəsində bənzər mahiyyət üzrə ərizə yazdığını bildirib. Hakim K.Əsədov barədə həbs qəti imkan tədbirinin seçilməsi ilə bağlı tərəflərin fikrini öyrənib. Prokuror və Dövlət İmtahan Mərkəzinin təmsil edən şəxslər etiraz etməyib. Vəkillər isə belə bir qərara etiraz edərək K. Əsədovun ictimai təhlükəsinin olmadığını deyib. Hakim K.Əsədova da söz verib. Cinayət əməllərində təqsirləndirilən təhsil eksperti tabeliyində olan azyaşlı qızının autizim xəstəsi olduğunu nəzərə alınmasını xahiş edib. Lakin hakim şikayəti təmin etməyib və K.Əsədov barəsində həbs qəti imkan tədbiri ilə əvəz edilib.

Qeyd edək ki, 2025-ci ildə keçirilən ali təhsil müəssisələrinə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"na zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb.

İttihama görətəhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov ibtidai istintaqla abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə cinayət əlaqəsinə girərək həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Onlar gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulmuş texniki vasitələri (gizli kamera, gizli səsötürücü funksiyaya malik "vip smart" telefon, nano qulaqlıq, mifi cihazları və s.) bir-biri ilə əlaqələndirib istifadəsində hər hansı problemin olmadığına əmin olduqdan sonra Gəncə və Bakı şəhərləri ərazisində Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarından asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. Onlar Gəncə şəhərində fərdi yaşayış evində, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən ofisdə və digər ünvanlarda imtahanda iştirak edəcək şəxslərin ayaqqabısının alt hissəsi kəsilməklə içəridə boşluq yaradıb qeyd edilən texniki vasitələri həmin boş sahəyə yerləşdirməklə imtahan keçirilən binanın daxilində ayaq yolu hissəsində həmin texniki vasitələri üzərinə yerləşdirməsi, imtahan sualları əks olunan vərəqəni kamera vasitəsilə çəkməsi, daha sonra isə bir müddət gözləməklə qulaqlıq vasitəsilə cavabları deyəcəyinə dair istifadə qaydaları ilə təlimatlandıraraq qanuni şəkildə imtahanların keçirilməsinin təmin edilməsini nəzərdə tutan təhsil siyasətinə və bu sahədə aparılan səmərəli fəaliyyətə kölgə salmağa cəhd etmişlər.

Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə Gündüz Abbasov barəsində həbs, Kamran Əsədov barəsində barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Son xəbərlər

Xəbər
Dünən, 18:00

"Neftçi"də növbəti ayrılıq - Kenan Piriçlə müqaviləyə xitam verildi

Xəbər
Dünən, 17:00

Bakıda 71 məzun məktəbi qızıl və gümüş nişanla bitirib

Xəbər
Dünən, 16:50

Bülbülənin səssiz yadigarı – Əlican və Vəlican hamamı

Xəbər
Dünən, 16:05

Bakıda 68 yaşlı ustanı "tok" vurub öldürdü

Xəbər
Dünən, 15:05

Məhbus onu ittiham edən prokuroru məhkəməyə verdi

Xəbər
Dünən, 14:05

DİN aldadıcı zənglərlə bağlı çağırış etdi

Xəbər
Dünən, 13:40

"TikTok"da canlı yayımda "cin çıxarırdı"- Saxlanıldı

Xəbər
Dünən, 12:46

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

Xəbər
Dünən, 12:26

Anar Bayramov: Daha çox nəticə göstərən həkimlərimiz artıq əməkhaqqı almalıdır

Xəbər
Dünən, 12:07

"Yaşına uyğun bəzənmirdi" – Anasını öldürən Emilin ifadəsi

Xəbər
Dünən, 11:58

72 mindən çox tibb işçisinin maaşı artırıldı - RƏSMİ

Xəbər
Dünən, 11:20

Kişi uşaqlarını pişik olan evə buraxmadı - Qadın da üzünü cızdı

Xəbər
Dünən, 10:42

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Xəbər
Dünən, 10:09

"Uşağı incitməsinlər deyə pul ödəyirik": dövlət bağçalarında valideynlərdən niyə ödəniş alınır?

Xəbər
Dünən, 09:59

Xarici diplomlarını tanıtmaq istəyənlərin NƏZƏRİNƏ

Xəbər
01 sentyabr 2026, 17:09

Səhiyyə Nazirliyi uşaqları bağçaya gedən valideynlərə müraciət edib

Xəbər
01 sentyabr 2026, 16:10

Küləyə qarşı "tədbir": Soyuducu-vitrini ağaca bağladılar - VİDEO

Xəbər
01 sentyabr 2026, 15:17

Azərbaycanda balıq ovu mövsümü açıq elan edildi

Xəbər
01 sentyabr 2026, 14:20

Məktəbdən NARAZILIQ: "Bəs nazirlik nə işlə məşğuldur?" - VİDEO

Xəbər
01 sentyabr 2026, 13:22

Vüsal Şilderin qətlinin sifarişçisinin məhkəməsi başlayır

Xəbər
01 sentyabr 2026, 12:42

Sabiq kanal rəhbərinin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş

Xəbər
01 sentyabr 2026, 12:10

Damı təmir edirdi, yıxılaraq öldü

Xəbər
01 sentyabr 2026, 11:10

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Xəbər
01 sentyabr 2026, 10:18

"Bravo"dan yağ oğurlayan şəxs həbs edildi

Oxşar xəbərlər