top
Keçmiş arvadını məktəbin qarşısında öldürmək istədi - 15 il HƏBS
08 oktyabr 2025, 13:39
- ↺ +

Keçmiş arvadını məktəbin qarşısında öldürmək istədi - 15 il HƏBS

Keçmiş həyat yoldaşını öldürməyə cəhd edən 1969-cu il təvəllüdlü Əfqan Səfərova (ad şərtidir) hökm oxunub.

Modern.az-ın əldə etdiyi məlumata görə, hadisə 10 fevral 2025-ci il tarixdə, Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən 270 nömrəli tam orta məktəbin qarşısında baş verib.

Araşdırma zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs həmin məktəbdə xadimə işləyən keçmiş həyat yoldaşı Gülsadətlə (ad şərtidir) görüşərək birgə yaşadıqları illərdə xərclədiyi vəsaitin geri qaytarılmasını tələb edib. Qadının bu tələbi rədd etməsindən sonra o, evinə gedərək "rezak" (kəsici alət) götürüb və günün ikinci yarısında yenidən məktəbin qarşısına qayıdıb.

Saat 15 radələrində qadın işdən çıxarkən arxadan yaxınlaşaraq onun boğaz və əl nahiyələrinə zərbələr endirib. Hadisə zamanı ərazidə şagirdlər də olub.

Zərərçəkmişin qışqırığını eşidən taksi sürücüsü Cavid adlı şəxs hadisəyə müdaxilə edərək hücum edən şəxsi dayandırıb və rezakı onun əlindən alıb. Yaralı qadın xəstəxanaya çatdırılıb və vaxtında göstərilən tibbi yardım nəticəsində həyatı xilas edilib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs cinayəti törətdiyini qismən etiraf etsə də, qadını öldürmək niyyətində olmadığını bildirib. Lakin şahidlərin ifadələri, ekspertiza rəyləri və toplanmış digər sübutlar onun qəsdən öldürməyə cəhd etdiyini təsdiqləyib.

Zərərçəkmiş qadın məhkəmədə ifadə verərək keçmiş ərinin davamlı şəkildə onu döydüyünü, hədələdiyini və təqib etdiyini, hadisə günü də "səni öldürəcəyəm" deyə təhdid etdiyini bildirib.

Hökmə əsasən, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2 (qəsdən adam öldürməyə cəhd - xüsusi amansızlıqla törədildikdə) və 221.3 (xuliqanlıq - silah qismində istifadə olunan əşya ilə törədildikdə) maddələri ilə təqsirli bilinib.

Məhkəmə onu 15 il 3 ay müddətinə azadlıqdan məhrum edib.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Bu gün, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Bu gün, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Bu gün, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Bu gün, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Bu gün, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Bu gün, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Bu gün, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Bu gün, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Bu gün, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Oxşar xəbərlər