top
Kəmaləddin Heydərovun oğlunu aldadana qarşı başqa ittihamlar var imiş
28 aprel 2026, 13:36
- ↺ +

Kəmaləddin Heydərovun oğlunu aldadana qarşı başqa ittihamlar var imiş

12 milyon manatlıq dələduzluqda ittiham olunan "Azfinance İnvestisiya Şirkəti" QSC-nin direktoru İntiqam Səfərəliyevin məhkəmə istintaqı başlayıb.

Qafqazinfo.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində ilk baxış iclası keçirilib.

Təqsirləndirilən şəxs 15 gün əvvələ kimi həbsdə idi. O, bir neçə gün əvvəl iş üzrə zərərçəkmiş-fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovun razılığı ilə ev dustaqlığına buraxılıb.

Əsas məhkəmə prosesi prokurorun ittihamı elan etməsi ilə başlayıb. İttihamdan məlum olub ki, İntiqam Səfərəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə xüsusilə külli miqdarda dələduzluqdan başqa cinayətlərdə də təqsirləndirilir.

Burada söhbət insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə etmə və qiymətli kağızlar bazarında manipulyasiyadan gedir.

Bununla bağlı İntiqam Səfərəliyevə Cinayət Məcəlləsinin 202-2.2.2 (insayder tərəfindən insayd məlumatdan qanunsuz istifadə-mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 203-1.2.2-ci (qiymətli kağızlar bazarında manipulyasiyalar-mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham verilib.

Bu maddələr əsasən birja, səhmlər, investisiya və maliyyə bazarı ilə bağlı cinayətlərə aiddir. İnsayder məlumatları bir şirkət və ya təşkilat haqqında geniş ictimaiyyətə məlum olmayan, lakin açıqlandığı təqdirdə həmin şirkətin qiymətli kağızlarının (səhmlərinin) qiymətinə əhəmiyyətli dərəcədə təsir edə biləcək dəqiq, daxili və gizli məlumatlardır.

Hakim təqsiri sübuta yetiriləcəyi halda müttəhimin 14 ilə kimi azadlıqdan məhrum edilə biləcəyini deyib.

İntiqam Səfərəliyev özü isə ittihamların heç birini qəbul etməyib. O, özünü heç bir epizod üzrə təqsirli bilmədiyi üçün istintaqın əvvəlində ifadə verməkdən də imtian edib.

Bu səbəbdən əvvəlcə zərərçəkmiş və şahidlərin dindirilməsi qərara alınıb.

Qeyd edək ki, bu iş üzrə "Azfinance İnvestisiya Şirkəti" QSC-nin Müşahidə Şurasının sədri Abid Mamedov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkədən qaçıb gizləndiyi üçün barəsində qiyabi həbs qətimkan tədbiri seçilib, axtarışa verilib. A.Mamedov daha əvvəl  Heydərovlara aid olduğu deyilən "AFB" Bankın Müşahidə Şurası sədrinin müşaviri, İ.Səfərəliyev isə həmin şuranın üzvü olub.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər