top
Kənd toyuğu adıyla satılan rənglənmiş toyuqları necə ayırd etmək olar?
25 dekabr 2025, 11:00
- ↺ +

Kənd toyuğu adıyla satılan rənglənmiş toyuqları necə ayırd etmək olar?

Xəbər verildiyi kimi Xırdalanda antisanitar şəraitdə fəaliyyət göstərən quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yoxlaması zamanı 2 min baş ev quşunun baytarlıq tələbləri gözlənilmədən kəsiminin həyata keçirildiyi məlum olub. Eyni zamanda kənd toyuğu təəssüratı yaratmaq məqsədilə toyuqların rənglənməsi halları da aşkarlanıb.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bizim.media-ya bildirib ki, insanlar qapalı şəraitdə saxlanılan broyler toyuqlarına deyil, tam azad bəslənən kənd toyuqlarına üstünlük verirlər: "Kənd toyuqlarını broyler və yarıqapalı saxlanılan digər toyuqlardan fərqləndirən cəhət ayaqlarının sarı olmasındadır. Bakıətrafı qəsəbələrdə 20-yə yaxın quşçuluq müəssisəsi var. Orada toyuqların ayaqlarını saraldırlar ki, kənd toyuqlarına oxşasın.

E.Hüseynov diqqətə çatdırıb ki, yaş ağ tənzifi toyuğun ayağına sürtməklə rəngi silmək olar, amma bütövlükdə rənglənmiş toyuqların gözlə ayırd edilməsi mümkün deyil: "Qida biznesi ilə məşğul olanlar mütləq Qida Təhlükəsizliyi Agentliyində qeydiyyata durmalıdırlar. Lakin biz görürük ki, toyuq biznesi ilə məşğul olanlar agentılikdə qeydiyyatda deyillər və antisanitar şəkildə toyuq satırlar. Vətəndaşlar belə toyuqlar harda görsə, agentliyin qaynar xəttinə zəng edib xəbər verməlidirlər. Bu məhsullar dərhal nəzarətə götürülməlidir".

Qeyd edək ki, toyuğun dərisini və yağ qatını çəhrayı-narıncı tonlara salmaq üçün  kantaksantin adlı süni boyalardan istifadə olunur. Belə boyanmış toyuqları istehlak etdikdə qaraciyərdə yüklənmə, gözün torlu qişasında piqment toplanması, allergik reaksiyalar baş verir. Xüsusilə toyuq kəsildikdən dərhal sonra ətin birbaşa boya vannasına salınması təhlükəlidir və qida saxtakarlığıdır.

Ev şəraitində belə toyuqları müəyyənləşdiriməsinin sadə yolları var:

Öncə salfetə bükün, kağızda çəhrayı iz qalırsa süni boyadır. Əti kəsin, rəng yalnız səthdədirsə, sonradan boyanıb. Toyuğu qaynadın, su rənglənirsə təhlükəli ola bilər.

Son xəbərlər

Xəbər
Bu gün, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Bu gün, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Bu gün, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Bu gün, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Bu gün, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Bu gün, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər