top
Kosmetoloqun cəzası aktrisaya görə artırıldı - Saxlanıldığı yer dəyişdirildi
27 avqust 2026, 17:31
- ↺ +

"Kosmetoloq"un cəzası aktrisaya görə artırıldı - Saxlanıldığı yer dəyişdirildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Kosmetoloq" Ülviyyə İlyasovanın qanunsuz tibbi müdaxilə nəticəsində aktrisa Mila Əlibəyovanın səhhətinə zərər vurmasına görə barəsində təyin edilən həbs cəzası artırılıb.

Məhkəmədə Ülviyyə İlyasova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunub və ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən İlyasova (Qurbanova) Ülviyyə Hüseynağa qızı ixtisasca həkim deyil. Onun yalnız ibtidai müəllimlik üzrə ali təhsili var. Göstərdiyi fəaliyyətlə bağlı isə yalnız Türkiyədə kurs keçib.

İttihama görə, Ülviyyə İlyasova "Turana Estetik" klinikasında özünü həkim kimi təqdim edərək aktrisa Mila Əlibəyovaya "liposaksiya – piy sovurma, bədən şəkilləndirmə" cərrahi əməliyyatı edəcəyini vəd edib. O, zərərçəkmiş şəxsdən 1500 manat məbləğində pul vəsaiti alaraq həmin yerdə əməliyyat keçirib.

Birinci əməliyyat uğursuz olduğundan Ülviyyə İlyasova aktrisanı "Azal Estetika" adlı yerdə yenidən əməliyyat edib. Amma bu əməlliyyat da uğursuz olub. . Nəticədə zərərçəkmiş qadının sağlamlığının bərpası üçün uzunmüddətli və külli miqdarda maliyyə resursları tələb edən müayinə və müalicə prosedurları keçib, gündəlik həyat tərzini və əmək fəaliyyətini dəyişmək məcburiyyətində qalıb 

Mila Əlibəyova ifadəsində "Əqrəb mövsümü", "Körpü", "Atabəylər" və digər bir sıra filmlərdə aktrisa kimi rol aldığını deyib. Onun sözlərinə görə, başqa bir filmdə rol alması üçün rejissor tərəfindən təcili olaraq 5-6 kiloqram arıqlaması tələb olunub.

Elə bu ərəfədə sosial şəbəkədə Ülviyyə İlyasovanın "Instagram" səhifəsi qarşısına çıxıb. Aktrisa onun sosial şəbəkədə paylaşdığı şəkillərə inanaraq qarşı tərəfə müraciət edib və nəticədə səhhətinə ağır zərər dəyib.

Aktrisa təqsirləndirilən qadının bir qız övladının olmasını nəzərə alaraq ondan heç bir şikayət və tələbinin olmadığını da bildirib.

Məhkəmənin hökmü ilə Ülviyyə İlyasovanın cəzası 3 il 3 aydan 3 il 6 aya qaldırılıb. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək onun ölümünə səbəb olub. Bu ilin aprelində məhkəmənin hökmü ilə Ülviyyə İlyasova 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib.

Mənbə: qaynarinfo.az

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər