top
Masazırda yüzlərlə həyəti su basıb
02 iyun 2026, 10:34
- ↺ +

Masazırda yüzlərlə həyəti su basıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Mayın 17-dən bəri - on beş gündən çoxdur ki, küçəmiz suyun içindədir. Yüzlərlə həyəti su basıb, yaşamağa şərait olmadığına görə evimizi tərk etmək məcburiyyətində qalmışıq".

Bu şikayətlə qafqazinfo.аz-a Masazır qəsəbəsinin Zərifə Əliyeva küçəsində yaşayan bir qrup sakin müraciət edib.

Onların iddiasına görə, məsələ barədə dövlət qurumlarına dəfələrlə bildirilsə də, problem həllini tapmayıb: "Dövlət qurumlarına müraciət etmişik. Gətirib motor qoyublar ki, suyu çəksinlər. Amma motor sayı bəs etmir deyə suyu çəkib qurtara bilmirlər. Hələ də həyətlərimiz suyun içərisindədir, dizdən yuxarıya qədər çəkmə olmadan evimizə girib-çıxa bilmirik. Həyətdə olan bütün əşyalarımız sıradan çıxıb, ağaclarımız məhv olub, evlərimizin bünövrəsi suyun altındadır..."

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, hazırda ərazidən suyun çəkilməsi istiqamətdə sakinlərə köməklik göstərilir: "İntensiv yağışların fəsadları əsasən mərkəzləşdirilmiş kanalizasiya sisteminin və yağış kollektorlarının olmadığı ərazilərdə müşahidə edilir. Drenaj sistemlərinin qurulmadığı yollarda və ərazilərdə yağış suları tullantı su xətlərinə yönləndirilir. Bu hal isə kanalizasiya şəbəkələrinin artıq yüklənməsinə və suların daşınmasında maneələrin yaranmasına səbəb olur. Həmçinin elə ərazilər var ki, orada mərkəzləşmiş tullantı su şəbəkələri mövcud deyil və müəyyən ərazilərdə tikilən evlər əsasən fərdi yaşayış üçün nəzərdə tutulmayan torpaq sahələrində inşa olunub. O cümlədən evlərin tikintisi zamanı seçilən məkanlar coğrafi relyef baxımından məskunlaşmaq üçün əlverişsiz ərazilərdir. Bu baxımdan həmin evlərin həyətlərinə yağış sularının axaraq dolması halları baş verir. Lakin buna baxmayaraq, müvafiq sukanal idarələrinin briqadaları tərəfindən həmin ərazilərin mümkün şərtləri çərçivəsində suyun çəkilməsi istiqamətində sakinlərə köməklik göstərilir".

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 11:01

Qəbul imtahanlarında 3 mindən çox abituriyent 600 balı keçdi

Xəbər
Bu gün, 09:54

Arvadını və qayınatasını öldürən, ömürlük həbsə məhkum edilən şəxs qərardan narazıdır

Aktual Xəbərlər
Bu gün, 09:32

Çempionlar Liqası: "Sabah" Bakıda "Slaviya"nı qəbul edir

Aktual Xəbərlər
Bu gün, 09:20

Əməkdar artist Hamlet Qurbanovun doğum günüdür

Aktual Xəbərlər
Dünən, 17:34

"Qarabağ"da gözlənilməz ayrılıq

Aktual Xəbərlər
Dünən, 17:17

Bakıda küləkli hava gözlənilir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 16:27

Magistral yollarda görünüş məsafəsi ilə bağlı XƏBƏRDARLIQ

Xəbər
Dünən, 15:24

Ali məktəblərə qəbulda ən yüksək nəticə göstərən tələbələrə Prezident təqaüdü verildi

Xəbər
Dünən, 15:00

Siqaret çəkənlərin sayına görə Azərbaycan dünyada neçənci yerdədir?

Xəbər
Dünən, 14:38

MMC direktoru məhkəmə qərarını icra etmədi – Bank hesablarına həbs qoyuldu

Xəbər
Dünən, 14:24

Evini kirayə verənlər nələri bilməlidir? - YENİ QAYDALAR

Xəbər
Dünən, 13:49

Ölkədə ətin qiyməti bahalaşdı

Xəbər
Dünən, 13:34

Xarici vətəndaşlara Azərbaycanda 7,3 milyon manat ƏDV qaytarılıb

Xəbər
Dünən, 13:26

Sabah hava necə olacaq?

Aktual Xəbərlər
Dünən, 13:04

DİN: İctimai qaydanın kobud şəkildə pozulması ilə bağlı 37 nəfər məsuliyyətə cəlb olunub

Aktual Xəbərlər
Dünən, 12:29

Bu ay Azərbaycanda meteor yağışı müşahidə edilə bilər

Xəbər
Dünən, 12:01

Azərbaycanda ən yüksək maaş alanlar kimlərdir? - SİYAHI

Xəbər
Dünən, 11:51

Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi

Aktual Xəbərlər
Dünən, 11:26

Bakıda milyonluq mənzillər: onları bu qədər bahalı edən nədir?

Xəbər
Dünən, 10:00

Azərbaycanda muzdla çalışan işçilərin sayı açıqlandı

Xəbər
11 oktyabr 2026, 21:00

12-18 oktyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
10 oktyabr 2026, 17:18

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik – YENİ QAYDALAR

Xəbər
10 oktyabr 2026, 16:24

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Xəbər
10 oktyabr 2026, 14:54

Bakıda müştəri 600 qram araq içib kafe sahibini BIÇAQLADI

Oxşar xəbərlər