top
Məzahir Pənahovun oğlu hamilə arvadına işgəncə verib? – ŞOK İDDİA
02 may 2025, 04:25
- ↺ +

Məzahir Pənahovun oğlu hamilə arvadına işgəncə verib? – ŞOK İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun oğlunun hamilə arvadına işgəncə verdiyi iddia olunur.

Haqqin.az redaksiyasına zorakılığın qurbanı olan qadın müraciət edib. Məlum olub ki, ona qarşı vəhşilik edən şəxs əri, MSK sədri Məzahir Pənahovun oğlu Məhəmməd Pənahovdur. Maraqlıdır ki, hadisə ABŞ-də baş verib, Azərbaycana qaçan qadın canını güclə xilas edə bilib.

38 yaşlı qadın 2022-ci ilin 28 iyun tarixində Məhəmmədlə Bakıda ailə qurub. Sonra cütlük Los-Ancelesə köçüb. Heç bir yerdə işləməyən Pənahov 2 milyon 35 min dollara Los-Ancelesin Hollivud ulduzları yaşayan prestijli məhəlləsi – Bel-eyrdə dəbdəbəli malikanə alıb. Yeni ailənin pul cəhətdən də korluğu olmayıb. İmkanlı ata sayəsində Britaniya, Amerika və Dubay banklarında olan hesablardakı milyonlar sağa-sola xərclənib.

Məhəmməd köhnə vərdişlərinə qayıdana qədər hər şey yaxşı gedib. Amma sonradan o, yenidən spirtli içkilərə qurşanıb. Məsələn, Pənahov bir dəfəyə 26 şüşə pivə içə bilirdi. Sonra isə boş şüşələri hamilə qadına tərəf tolazlayırdı. İçkinin təsirindən yaranan halüsinasiyalar aqressiya törətdi və Məhəmməd qan, zorakılıq eşqinə düşdü. Qadın belə vəziyyətlərin birində qarnındakı körpəsini də itirib. Övlad itkisi ilə yanan qadın 17 ay dözərək sonradan Kaliforniyadakı villadan qaçmaq qərarına gəlir. Onun valideynləri dəfələrlə Kaliforniya polisinə müraciət etsələr də, qadın sadəcə Bakıya qaçmaqla xilas ola bilib. Amma Pənahov ona Bakıda da rahatlıq verməyib. Məhəmməd onu hədələyir, hər gün zəng edir və ölümlə qorxudurdu. Bundan bezən qadın boşanmaq üçün Binəqədi məhkəməsinə üz tutur. Amma uğursuzluq onu burada da təqib edir. Məhəmməd təkcə arvadını yox, onun vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Esmira Hüseynovanı da hədələməyə başlayıb. O, tələb edir ki, arvadı ABŞ-yə qayıtsın və əvvəlki həyatına davam etsin.

Biçarə qadın hazırda xilas olmaq və qurtulmaq üçün DİN-ə, ombudsmana və zorakılığa məruz qadınların yerləşdirildiyi sığınacağa müraciət edib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər