Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat-axtarış tədbirləri nəticəsində müalicə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.
Ədliyyə Nazirliyindən Bakuplus.az-a verilən xəbərə görə, məhkumla uzunmüddətli görüşə gəlmiş həyat yoldaşının əşyalarına baxış keçirilən zaman əl çantasının içərisindəki pul qabında gizlədilmiş bükülüdə 0,553 qram metamfetamin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.