Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Məsmə Aslan teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin şəhidlərin ruhuna hörmətsizlik etdiyini bildirib.
Bakuplus.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Məsmə Aslan paylaşımda qeyd edib ki, Ələkbərzadə onunla söhbətində “Aaz, 20 yanvar var? Qurtardı 20 Yanvar söhbəti! 20 Yanvar şəhidləri dəbdə deyil” söyləyib.
Aktrisanın mövzu ilə bağlı paylaşımlarını təqdim edirik.


