top
Makler evlərinin tikintisinə kim icazə verib? + VİDEO
09 iyun 2026, 15:56
- ↺ +

"Makler evləri"nin tikintisinə kim icazə verib? + VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abşeron rayonunun Məmmədli qəsəbəsi ərazisində gölün daşması bir sıra sakinləri çıxılmaz vəziyyətdə qoyub.

Xitab24.az xəbər verir ki, sakinlər problemin üç aya yaxındır davam etdiyini bildirsə də, onların çağırışına aidiyyəti qurumlarının cavab vermədiyini deyirlər.

Nəticədə ərazidə antisanitar vəziyyət yaranıb.

Maraq üçün onu bildirək ki, həmin yer "Makler evləri"nin çox geniş yayıldığı ərazidir. Bu evlərin isə qurudulmuş gölün üzərində inşa edildiyi heç kimə sirr deyil.

Belə olan halda haqlı sual yaranır: Abşeron Rayon İcra Hakimiyyətinin nəzarət etdiyi ərazilərdə at oynadan maklerlərə bu icazəni kim verib?

 Hər halda onların özbaşına tikintiyə başladığı ehtimalı inandırıcı görünmür. Çünki əks halda qanunsuz evlərin tikintisinə dərhal müdaxilə edilir və onların söküntsünə başlanılır.

 "Makler evləri" adətən yanğın təhlükəsizliyi də nəzərə alınmadan bır sırada, bir-birinə bitişik halda inşa edilir. Bu halda isə yanğına nəzarət edən Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu da məsələyə müdaxilə etməlidir.

 İndiki mövcud durumda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi daşan gölün Məmmədli Bələdiyyəsinin balansında olduğunu bildirir, qarşı tərəf isə göllərə ADESA-nın nəzarət etdiyini qeyd edir.

Yeganə gerçək budur ki, göl yerindədir, yerində olmayan isə suyun yerində tikilən evlərdir. Bu evlərin tikintisinə icazənin nəyin qarşılığında verilməsini araşdırmaq isə hüquq-mühafizə orqanlarının səlahiyyətinə daxil olan məsələdir.

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir.


Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər