top
Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm - Şəhid hərbi həkimin xanımı
27 sentyabr 2026, 17:53
- ↺ +

"Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm" - Şəhid hərbi həkimin xanımı

Vətən müharibəsində şəhid olan ilk hərbi həkim, tibb xidməti baş leytenantı Şöhrət Qasımovun həyat yoldaşı Türkan Qasımzadə şəhidin vəfatının 6-cı ildönümü ilə bağlı xatirələrini bölüşüb.

 Türkan Qasımzadə həyat yoldaşının ölümündən sonra keçirdiyi hissləri və Şöhrət Qasımovla bağlı xatirələrini feysbuk hesabında paylaşdığı duyğusal yazıda ifadə edib:

""6-cı ilin xatirəsi"

"6 il əvvəl bir evdən 2 cənazə çıxmışdı. Dünyanın ən müqəddəs yerinə. Birinin qatili bəlli deyildi. O biri isə öz qatilinin cənazəsini qucaqlayıb son mənzilə yola salırdı.

O gün batımında iki nəfərin səsi, gülüşü, təbəssümü sönmüşdü.

İnsan da qatilini sevərmi? Bəli, sevərmiş.

Mən səni hamıdan çox sevdim. Mən səninlə yandım o gün. Küllərimdən doğa bilmədim bir daha.

Məni bütün müharibələrdən sağ çıxarıb özün öldürdün. Sən öz müharibəndən də qalib çıxdın. Sənin cəbhəndə bir tək mən məğlub oldum.

Bu dəfə səsim çatmayacaq sənə. Heç səsləməyəcəm də. Çox yorğunam. Elə yorğunam ki...

Yüz illik ömrümdə belə yorulmamışdım. Yüz illik ömrümdə canım belə yanmamışdı heç. İçindən sağ çıxdığım bütün döyüşlərin yarası indi qanayır.

Məni bir tək sən anlayırdın. Bəzən bir sözlə, bəzən də bir baxışla... İndi anlaşılmaq kimi bir dərdim də yoxdu daha..

Yoxsan. Bu şəhərin ən sərt payızını görürəm, bu şəhərin ən pis zamanını yaşayıram. Axı bir tanış görsə, tanımaz artıq məni...

İndi unudulmuş bir cənazədir ruhum, düşüncəm... Tanımadığım, mən olmayan bir bədənə sıxışıb qalıb...

Bir gün bir yerdə demişdim sənə:

— Mən dəniz olmaq istəyirəm.

Hava çox günəşli idi, amma çox üşüyürdüm.

Sən də demişdin ki:

— Mən səni Allahdan da qorxa-qorxa istəyirəm. O qədər ucsuz-bucaqsız olma.

Mən daha dəniz olmaq istəmirəm.

Mən daha güclü olmaq istəmirəm.

Mən heç nə istəmirəm. Sənə ehtiyacım var..

Mən indi çox yorğun bir sahildən yazıram sənə...Qalsaydın, bütün şeirlərim sənə yazılacaqdı.

Getdin... İndi özün şeirə çevrilmisən...
Yazmaq...Artıq qovuşmaq ümidin olmasa da, içimdə hələ də bir yerin səni gözləməsidir. Çünki insan ümid etməyi birdən-birə dayandıra bilmir...

Mən yazmağa davam edirəm, çünki hər yazdıqlarım sənə bir məktubdur, bir səsdir, bir izdir.

Və mən hər bu gün bunu yazmaqla yoxluğunla barışmağa çalışıram...

Tanrının qismətimə yazmadığını sətirlərə yazaraq".

Mən səni hər ilin bu ayın bu günündə yenidən itirirəm. Sanki bir neçə saniyə əvvəl var olan bir adam birdən-birə yox olur.

Ən ağır hiss də elə o andır. Səssizlikdir hər yer...

İndi unudulmuş bir cənazədir ruhum, düşüncəm... Tanımadığım, mən olmayan bir bədənə sıxışıb qalıb...

Bir gün bir yerdə demişdim sənə:

— Mən dəniz olmaq istəyirəm.

Hava çox günəşli idi, amma çox üşüyürdüm.

Sən də demişdin ki:

— Mən səni Allahdan da qorxa-qorxa istəyirəm. O qədər ucsuz-bucaqsız olma.

Mən daha dəniz olmaq istəmirəm.

Mən daha güclü olmaq istəmirəm.

Mən heç nə istəmirəm. Sənə ehtiyacım var..

Mən indi çox yorğun bir sahildən yazıram sənə...Qalsaydın, bütün şeirlərim sənə yazılacaqdı.

Getdin... İndi özün şeirə çevrilmisən...
Yazmaq...Artıq qovuşmaq ümidin olmasa da, içimdə hələ də bir yerin səni gözləməsidir. Çünki insan ümid etməyi birdən-birə dayandıra bilmir...

Mən yazmağa davam edirəm, çünki hər yazdıqlarım sənə bir məktubdur, bir səsdir, bir izdir.

Və mən hər bu gün bunu yazmaqla yoxluğunla barışmağa çalışıram...

Tanrının qismətimə yazmadığını sətirlərə yazaraq".

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Oxşar xəbərlər