Səhiyyə Nazirliyi "Atlas Medical Center"də plandankənar yoxlama keçirib.
Bakuplus.az xəbər verir ki, yoxlama zamanı sözügedən özəl klinikada sertifikatsız pediatriya işi üzrə özəl praktik tibb fəaliyyətinin faktı aşkarlanıb.
Nazirlik tərəfindən buna görə klinika barədə protokol tərtib olunub. Nəticədə "Atlas Medical Center" 6 min manat məbləğində cərimələnib.
Qeyd edək ki, klinikanın hazırda 180 min manat vergi borcu da var. "Atlas Medical Center"in qanuni təmsilçisi Əsli Əliyevadır.