top
Mətanət İskəndərlinin gəlini ilə məşhur aparıcı üz-üzə: Məhkəməlik qalmaqal başladı
30 may 2026, 10:45
- ↺ +

Mətanət İskəndərlinin gəlini ilə məşhur aparıcı üz-üzə: Məhkəməlik qalmaqal başladı

Əməkdar artist Mətanət İskəndərlinin keçmiş gəlini Canana ilə İTV-nin tanınmış aparıcısı Saleh Bağırov arasında qalmaqal yaranıb.

Moderator.az xəbər verir ki, aparıcı Canananı sosial şəbəkədə sərt ifadələrlə tənqid edib. Qarşı tərəf isə bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini və məhkəmə prosesinə başlayacağını açıqlayıb.

Qalmaqalın yaranmasına səbəb bloqer Sulinin Canana haqqında tənqidi fikirlər səsləndirməsi olub. Saleh Bağırov isə bloqerin paylaşımına münasibət bildirərək bu fikirləri yazıb: "Bir qadının şərəfsiz, şəxsiyyətsiz olması böyük dərddir! Bir qadının itirəcəyi heç nəyinin olmaması bir bəladır! Bunun kimi mənliyini ayaqlar altına atan kəs ancaq belə davranış göstərə bilər! Belə alçaq xisləti olanlardan uzaq gəzmək və şiddətlə qınamaq lazımdır ki, bu küçə adamı öz küçə davranışları ilə heç yerdə görünməsin və yerini bilsin! Olduqca təhlükəli və əxlaqdan bixəbər nümunədir qızlara!"

Canana isə məsələ ilə bağlı İctimai Televiziyanın rəhbərliyinə müraciət ünvanlayıb.

O, paylaşımında bildirib:

"Hörmətli İctimai Televiziyanın rəhbərliyi, Sizin kanalın siması olan Saleh Bağırov sosial şəbəkədə bir Azərbaycan qadınını – üç övlad anasını açıq şəkildə təhqir edib, alçaldıcı ifadələr işlədib. Mənə maraqlıdır, bu ixtiyarı ona kim verir? Sizmi? Kanalın adına arxayın olubmu bir qadının ləyaqətini bu qədər rahat tapdalayır?

Mən ictimai bir insanam, üç uşağın anasıyam və hər şeydən öncə Azərbaycan qadınıyam. Ən azından Saleh Bağırovun mənə hörməti yoxdursa belə, Mətanət İskəndərliyə hörməti olmalı idi. Çünki mən onun nəvələrinin anasıyam.

Bir kişinin sosial şəbəkədə qadını bu qədər alçaltması nə kişiliyə, nə etikaya, nə də qanuna sığır. Aparıcı olmaq insanlara nümunə olmaq deməkdir, insanları təhqir etmək yox.

Baş verənlə bağlı artıq hüquqi addımlar atılır. Vəkilim bu məsələ ilə məşğuldur və Saleh Bağırov barəsində hüquq-mühafizə orqanlarına müraciət ediləcək, məhkəmə prosesi başladılacaq.

Heç kim düşünməsin ki, ekran üzü olmaq ona qadın heysiyyəti ilə oynamaq haqqı verir."

Məsələ sosial şəbəkələrdə ciddi rezonans doğurub. İstifadəçilərin əksəriyyəti Saleh Bağırovun səsləndirdiyi fikirləri sərt tənqid edib və aparıcının bu addımını qınayıb.

Son xəbərlər

Xəbər
Bu gün, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Bu gün, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
Dünən, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
Dünən, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
Dünən, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
Dünən, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Dünən, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Dünən, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Dünən, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Dünən, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Dünən, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Dünən, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
02 oktyabr 2026, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
02 oktyabr 2026, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
02 oktyabr 2026, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
02 oktyabr 2026, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
02 oktyabr 2026, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
02 oktyabr 2026, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
02 oktyabr 2026, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
02 oktyabr 2026, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
02 oktyabr 2026, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
02 oktyabr 2026, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
02 oktyabr 2026, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Oxşar xəbərlər