top
Meyvəlidən fındıq oğurlayan arabaçılar TUTULDU
Bu gün, 15:39
- ↺ +

"Meyvəli"dən fındıq oğurlayan arabaçılar TUTULDU

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda bazardan külli miqdarda oğurluq edilib.

Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Meyvəli" bazarında qeydə alınıb.

Burada arabaçı işləyən 26 yaşlı Fərid Şükürov və 35 yaşlı İslam Kərəmov (adlar şərti) "Güllük" adlanan ərazidə sahibkara məxsus ümumi dəyəri 5372 manat olan fındığı oğurlayıblar. Oğurlanan quru meyvələr hər biri 22 kiloqram olmaqla, 33 kisədə olub. Məlumata görə, Fərid və İslam oğurluq əməllərini yükdaşıma şirkətindən sifariş etdikləri "Ford Tranzit" markalı avtomobillə həyata keçiriblər. Oğurlanan fındıqlar Fəridin yaşadığı Korgöz qəsəbəsindəki evə aparılıb.

Hadisənin səhərisi günü polis əməkdaşları onların hər ikisini saxlayıb və barələrində cinayət işi açılıb.

Təqsirləndirilən şəxslər törətdikləri əməldən peşman olduqlarını və vurduqları ziyanı ödədiklərini bildiriblər. Zərərçəkən sahibkar da həmçinin dəymiş ziyan ödənildiyi üçün təqsirləndirilən şəxslərə qarşı şikayətçi olmayıb.

Zərərçəkənin sözlərinə görə, həmin fındıqları Qəbələdən borca alıb.

Qeyd edək ki, Fəridlə İslamın oğurluq əməlləri təhlükəsizlik kameralarına həkk olunub.

Məhkəmənin qərarı ilə Fərid Şükürov 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması, İslam Kərəmov isə 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər.

Mənbə: Müsavat.com

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 16:38

Ramiz Mehdiyev daha bir vəzifəsini itirdi

Xəbər
Bu gün, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Xəbər
Bu gün, 15:15

Azərbaycanda çevrilişə çağırış edən Türkiyə vətəndaşı axtarışa verildi

Aktual Xəbərlər
Bu gün, 14:41

Azərbaycanda mənzillər bahalaşıb

Aktual Xəbərlər
Bu gün, 14:39

Cəzaçəkmə müəssisəsinə ayaqqabının içində narkotik keçirmək istədilər – FOTO

Aktual Xəbərlər
Bu gün, 14:20

Sürücü sərnişindən küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO

Aktual Xəbərlər
Bu gün, 13:38

"20 Yanvar" və "Şamaxinka"da bəzi marşrutlar dayanacaq məntəqələrindən çıxarılır

Siyasət
Bu gün, 13:10

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər "Tərəqqi" medalı ilə təltif edilib

Xəbər
Bu gün, 12:49

Dövlət sərhədini pozmağa cəhd göstərən əcnəbilər saxlanılıb

Aktual Xəbərlər
Bu gün, 12:14

Mətbuat Şurasına yeni sədr seçilib

Xəbər
Bu gün, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Bu gün, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Bu gün, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Bu gün, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Bu gün, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Aktual Xəbərlər
Bu gün, 10:11

ADPU tələbələri təmirsizlik və antisanitariyadan şikayətçidirlər - "İldə 2300 manat veririk, amma..."

Xəbər
Bu gün, 09:44

Bakıda təcili yardım maşını piyadanı vurub - ÖLƏN VAR

Xəbər
Bu gün, 09:38

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Siyasət
Bu gün, 09:19

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Xəbər
Bu gün, 09:09

Zülfiyyə Xanbabayevanın ad günüdür

Aktual Xəbərlər
Dünən, 17:38

Səkkiz avtobus marşrutunun hərəkət sxemi dəyişir

Aktual Xəbərlər
Dünən, 17:32

Din xadiminə sui-qəsd hazırlayanlara HÖKM OXUNDU

Xəbər
Dünən, 17:08

Bacısına mesaj yazan qaynını bıçaqladı

Oxşar xəbərlər