top
MİDA güzəştli mənzillərin növbəti satışını elan edib, qiymətləri açıqlayıb
29 oktyabr 2025, 10:25
- ↺ +

MİDA güzəştli mənzillərin növbəti satışını elan edib, qiymətləri açıqlayıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıdakı Hövsan Yaşayış Kompleksinin I və II mərhələləri, Binəqədi Yaşayış Kompleksi üzrə güzəştli mənzillərin növbəti satışını elan edib.

Bakuplus.az agentliyə istinadən xəbər verir ki, Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə 1 mənzilin, II mərhələsi üzrə 7 mənzilin, Bakının Binəqədi rayonunun Xocəsən qəsəbəsinin S.B. Axundov küçəsindəki Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin satışı 3 dekabr 2025-ci il tarixdə saat 11:00-da başlayacaq və 8 dekabr 2025-ci il tarixdə saat 11:00-da başa çatacaq.

"Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşlara satmaq məqsədilə güzəştli mənzillərin satışına dair qaydalar"ın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.

Prezident İlham Əliyevin 16 noyabr 2016-cı il tarixli fərmanı əsasında MİDA-nın elektron sistemi vasitəsilə "Güzəştli mənzil" satışı "Elektron hökumət" portalı (www.e-gov.az) üzərindən həyata keçirilir.

Yalnız "Güzəştli mənzil" sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri almaq hüququna malikdirlər. Elektron kabinetin yaradılması üçün "Güzəştli mənzil" sistemində qeydiyyatdan keçmək və elektron imza vasitəsilə daxil olmaq lazımdır.

"Güzəştli mənzil" sistemində ətraflı qaydalar və mənzillərin yerləşdiyi komplekslər haqqında məlumatı www.mida.gov.az internet səhifəsindən və ya "Güzəştli mənzil sistemi" bölməsindən əldə etmək mümkündür.

Mənzillərin satış şərtləri və qiymətləri:

Bu dəfə satışda olan mənzillər ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödənilən üsulla təklif olunur.

Qaydaların 5.6-cı bəndinə əsasən mənzil dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız rəsmi hüquqi qərarın alınmasından sonra mümkündür.

Hövsan Yaşayış Kompleksinin I mərhələsi üzrə:

2 otaqlı mənzilin qiyməti - 54 815 manatdır.

Hövsan Yaşayış Kompleksinin II mərhələsi üzrə:

4 otaqlı mənzilin qiyməti - 94 050 manatdır.

Binəqədi Yaşayış Kompleksi üzrə:

Studio tipli mənzilin qiyməti - 49 120 manatdır.

2 otaqlı mənzilin qiyməti - 62 400 manatdır.

3 otaqlı mənzilin qiyməti - 87 400 manatdır.

4 otaqlı mənzilin qiyməti - 118 000 manatdır.

 

Son xəbərlər

Xəbər
Bu gün, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Bu gün, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Bu gün, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Bu gün, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Bu gün, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Dünən, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Oxşar xəbərlər