Prezident İlham Əliyev sərəncamı ilə, Kamilə Hüseyn qızı Dadaş-zadə Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilib.
Bakuplus.az xəbər verir ki, Kamilə Dadaş-zadə professor, sənətşünaslıq üzrə fəlsəfə doktorudur və uzun illər Musiqi Tarixi və Nəzəriyyəsi kafedrasının müdiri olaraq fəaliyyət göstərib.
Əməkdar incəsənət xadimi olan K.Dadaş-zadə Azərbaycan musiqi elminin inkişafına böyük töhfələr verib. Azərbaycan xalq musiqisinin, xüsusilə aşıq sənətinin tədqiqi və təbliği ilə bağlı çoxsaylı araşdırmalar aparıb.
2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edərək, musiqi tədqiqatlarında yeni metodoloji yanaşmalar tətbiq edib.
Qeyd edək ki, o, “Dastanın işarə sistemi” və “Üzeyir Hacıbəyli və aşıq sənəti: intertekstual dialoq” adlı əsərlərin müəllifidir.