top
Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi bu gün Bakıya gətirilir
15 yanvar 2026, 17:20
- ↺ +

Milli Qəhrəman Şahin Tağıyevin cənazəsi bu gün Bakıya gətirilir

İsveç Krallığının Malmö şəhərində vəfat edən Azərbaycanın Milli Qəhrəmanı Şahin Tağıyevin cənazəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə bu gün saat 21:05-də Vətənə gətiriləcək.

Dövlət Komitəsindən apa.az-ın sorğusuna cavab olaraq bildirilib ki, cənazə komitə nümayəndələrinin də iştirakı ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanacaq.

Qeyd edilib ki, Milli Qəhrəmanın vida, dəfn və yas mərasimlərinin təşkili üçün Diasporla İş üzrə Dövlət Komitəsi və digər dövlət qurumları əlaqəli şəkildə bütün lazımi işləri görürlər. Mərhumla vida və dəfn mərasimi 16 yanvar 2026-cı il tarixində saat 11:00-da Hərbi Memorial Məzarlıqda (II Fəxri Xiyaban) keçiriləcək, yas mərasimi isə 17 yanvar 2026-cı il tarixində saat 11:00-da Təzəpir məscidində olacaq.

Xatırladaq ki, 29 dekabr tarixində İsveç Krallığının Malmö şəhərində uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, əslən Şuşadan olan Şahin Talıb oğlu Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində anadan olub. 1969-cu ildə Energetika Texnikumunu bitirib və təyinatla Rusiyanın Udmurt vilayətinə göndərilib. Gənc yaşlarından Rusiya və Azərbaycanda əvvəlcə energetika, ardınca ticarət sahələrində fəaliyyət göstərən Şahin Tağıyev 1988-ci ildə milli azadlıq hərəkatına qoşulub. 1991-ci ildə könüllü olaraq Qarabağ müharibəsinə qatılan qəhrəman leytenant rütbəsində bölük komandiri kimi döyüşlərə rəhbərlik edib. 1992-ci ildə həmin bölüyün bazasında yaradılan "Qurtuluş" batalyonunun komandiri təyin edilərək Ağdərə istiqamətində düşmən cəbhəsinin yarılmasında, eləcə də Tərtər, Seysulan, Yarımca və Levonarx istiqamətlərində aparılan döyüşlərdə xüsusi igidlik nümayiş etdirib.

Son xəbərlər

Xəbər
Bu gün, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Bu gün, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Bu gün, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Bu gün, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Bu gün, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Bu gün, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Bu gün, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Bu gün, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Bu gün, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Bu gün, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Bu gün, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Bu gün, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
Dünən, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
Dünən, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
Dünən, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Xəbər
03 oktyabr 2026, 16:00

Xaricdə yaşayan narkotacirlərin tapşırıqlarını Bakıda həyata keçirənlər həbs edildi - VİDEO

Xəbər
03 oktyabr 2026, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
03 oktyabr 2026, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
03 oktyabr 2026, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
03 oktyabr 2026, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
03 oktyabr 2026, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Oxşar xəbərlər