top
MTK rəhbərliyi daşıyıcı divarları dağıdır: 4 min sakinin həyatı risk altındadır?
26 avqust 2026, 16:36
- ↺ +

MTK rəhbərliyi daşıyıcı divarları dağıdır: 4 min sakinin həyatı risk altındadır?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında yerləşən yaşayış kompleksində sakinlərin həyatını böyük təhlükəyə atan qanunsuzluqların baş verdiyi iddia olunur.

Sakinlər tərəfindən verilən məlumata görə, "The Baku Group" MTK-nın rəhbərliyi ilə gizli sövdələşən mənzil sahibləri binanın konstruktiv təhlükəsizliyini ciddi şəkildə pozurlar.

Daha dəqiq desək, kompleksin 21-ci blokunun 3-cü mərtəbəsində yerləşən 700 saylı mənzilin sahibi mənzili iki hissəyə bölüb satmaq məqsədilə binanın 50-60 sm enində olan daşıyıcı dəmir-beton divarını qanunsuz olaraq sındırıb və lift sahəsinə əlavə giriş qapısı açıb. Qapı yuvasının daşıyıcı konstruksiyanın mühüm elementi olan rigerin tən altında açıldığı bildirilir. Hadisə üzə çıxdıqdan dərhal sonra əraziyə yük maşını cəlb edilərək beton qırıqları uzaqlaşdırılıb. 

Sakinlər məsələ ilə bağlı "The Baku Group" MTK-nın qanuni təmsilçisi Rasim Ələkbərova şəxsən məlumat versələr də, heç bir tədbir görülməyib. Sözügedən binanın sakinləri tərəfindən aparılan araşdırmalar zamanı kompleksdə 10-dan çox mənzildə oxşar üsulla daşıyıcı divarların sındırılaraq lift meydançasına ikinci qapıların açıldığı müəyyən edilib.

Artıq adi hala çevrilən bu müdaxilələr kompleksdə yaşayan və çalışan 4 000-ə yaxın insanın həyatını birbaşa təhlükə altına qoyur. 2026-cı ilin may ayının 26-dan etibarən müxtəlif dövlət qurumlarına çoxsaylı müraciətlər olunsa da, problem hələ də araşdırılmayıb.

Sakinlərin sözlərinə görə, tikintisinə 2005-ci ildə başlanılan kompleks 2019-cu ildə Dövlət Komissiyasına yalnız qismən təhvil verilib. Qarajın təhvil verilməsi, həyətin abadlaşdırılması və liftlərin quraşdırılmasının başa çatdırılması kimi öhdəliklər MTK-nın üzərinə qoyulsa da, aradan keçən 7 il ərzində bu işlərin heç biri görülməyib.

Eyni zamanda, Mənzil Məcəlləsinin tələblərinə zidd olaraq, MTK binanı təhvil verdikdən sonra 1 ay müddətində idarəetməni mülkiyyətçilərə təhvil verməyib.

Vətəndaşlar deyib ki, hazırda binanın zirzəmisi yağışlar zamanı su ilə dolur, yay mövsümündə isə elektrik enerjisinin verilməsində tez-tez kəsintilər yaranır. MTK öz birbaşa öhdəliklərini yerinə yetirmək və həyəti abadlaşdırmaq əvəzinə, binanın balansında qalan 20-dən çox mənzili sataraq vəsaitləri mənimsəyib. Sakinlərdən toplanan komunal xidmət haqları mənimsənilir, toplanan vəsaitlər üzrə heç bir hesabat verilmir.

Sakinlər aidiyyəti dövlət qurumlarından bu özbaşınalığa təcili müdaxilə etməyi və kompleksdə hərtərəfli auditin keçirilməsini tələb edirlər.

mənbə: yenisabah 

 

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər