top
Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO
03 oktyabr 2026, 10:33
- ↺ +

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Bakının Xətai rayonundakı Zakir Əhmədov adına 64 nömrəli tam orta məktəbinin müəllimi Aytəkin İmanova öz istəyi ilə işdən çıxıb.

Bakuplus.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşan 20 illik pedaqoji fəaliyyəti olan müəllim məvacibinin azlığı səbəbindən bu addımı atdığını bildirib. 

O işdən ayrılmaq üçün yazdığı ərizədə bunları qeyd edib: "Ömrümün 20 ilini məktəbdə muəllimliyə həsr etdim, təəssüf. İrəlidəki 20 ilimi xilas etmək ümidi ilə işdən ayrıldım. Dövlət təhsil müəssisəsində olan pedaqoji fəaliyyətim ərzində sərf etdiyim əmək, stress və qazandığım məvacib arasında tarazlığın pozulması mənim həyat enerjimi tükətdi. "Müəllimlik şərəfli peşədir" kimi mənəvi manipulyasiyanın təsiri altında ömrümün ən məhsuldar, enerjili illərini sərf etdim. İndi 20 illik köləlik zəncirimi qırmağa cəsarət edirəm".

Məsələ ilə bağlı 64 nömrəli məktəbdən "Azərbaycan müəllimi"nə bildirilib ki, İmanova Aytəkin Murad qızı 25 oktyabr 2006-cı ildən 11 sentyabr 2026-cı ilədək 11 nömrəli tam orta ümumtəhsil məktəbində biologiya müəllimi vəzifəsində çalışıb: "İşlədiyi müddət ərzində dəfələrlə ailə vəziyyətinə görə öz hesabına məzuniyyətə çıxıb və 6 saatdan artıq dərs tədris edib. Dərs yükünü az götürməsini isə öz maraq dairəsinə uyğun başqa peşələrə, kurslara və təlimlərə getməsi ilə əlaqələndirib.

10 sentyabr 2026-cı ildə məktəbə gələrək öz xahişi ilə ərizə yazıb və 11 sentyabr 2026-cı ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68 (2A) maddəsinə əsasən işdən azad edilib. Məlum olduğu kimi, bu gün müəllimin əməkhaqqı tədris etdiyi dərs saatlarının miqdarından asılı olaraq dəyişir. Əgər müəllim az dərs saatı verilməsini istəyibsə, o zaman alacağı əməkhaqqının aşağı olacağı barədə məlumatlı olmalıdır.

Bundan başqa, bu gün kifayət qədər müəllim məktəbdəki fəaliyyəti ilə yanaşı, digər təhsil fəaliyyəti ilə də məşğul olmaq hüququna malikdir və buna Əmək Qanunvericiliyinin tələbləri çərçivəsində Aytəkin İmanovanın da fəaliyyətinə hər hansı məhdudiyyət qoyulmayıb".

Son xəbərlər

Xəbər
Bu gün, 13:10

Bakıda lombarddan 22 minlik OĞURLUQ

Xəbər
Bu gün, 12:13

Şantajla 1 manat pul aldı, 3 il həbs olundu

Xəbər
Bu gün, 11:19

Sosial şəbəkədə tanış olduğu qadının ərinə polis olduğunu dedi, cərimələndi

Xəbər
Bu gün, 11:17

"Qeyrətimə söydü": 170 manat üstündə dava bıçaqlanmayla bitdi

Xəbər
Bu gün, 11:07

Binədə 24 yaşlı qadın qətlə yetirildi, əri tutuldu

Xəbər
Bu gün, 10:40

Bakı sakini İsmayıllıda bıçaqlandı

Xəbər
Bu gün, 10:21

İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib

Xəbər
Bu gün, 10:00

Mərdəkanda avtobusla minik avtomobili toqquşdu - VİDEO

Xəbər
Bu gün, 09:23

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Xəbər
Dünən, 18:00

Dərman qəbulundan sonra əlavə təsir yaranarsa, nə etmək lazımdır? – Səhiyyə Nazirliyinin ekspertindən açıqlama

Xəbər
Dünən, 17:30

Bakıda "avtoş"luq edən saxlanıldı

Xəbər
Dünən, 16:40

Bakıda suşi restoranında dava düşdü

Xəbər
Dünən, 15:40

Ötən ay Bakıda cəmi 1 aptek yoxlanılıb

Xəbər
Dünən, 14:40

Sabah da Bakıya yağış yağacaq

Xəbər
Dünən, 13:41

Mətbuat prospektində ağaclar niyə kəsilir?

Xəbər
Dünən, 12:43

Çantasını oğurlayan şəxsə şirinlik verdi - Bakıda qeyri-adi hadisə

Xəbər
Dünən, 11:42

14 yaşlı qızın intim videolarını yayan şəxs həbs edildi

Xəbər
Dünən, 10:49

Bakıda restoran yandı - VİDEO

Xəbər
Dünən, 10:07

Bakıda oğlanlar saçyolduya çıxdılar

Xəbər
Dünən, 09:58

Bakıda torpaq sahələri ən çox bu rayonda bahalaşıb

Xəbər
Dünən, 09:33

"Əl boyda qüsurlu körpənin 3 saatlıq əməliyyatından 80 manat alacam?!" - Həkimdən NARAZILIQ

Aktual Xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 6 oktyabr

Xəbər
05 oktyabr 2026, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
05 oktyabr 2026, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Oxşar xəbərlər