Müğənni Nahidə Babaşlı ikinci dəfə “Altın Kelebek” mükafatına namizəd olub.
Olay.az məlumat yayıb ki, Nahidə bu dəfə Türkiyədən namizəd göstərilib.
Babaşlı “Ən yaxşı arabesk-fantezi qadın sənətçi” nominasiyasında yer alıb.
Ondan başqa sözügedən istiqamətdə Aynur Polat, Ceylan, Derya Bedavacı, Kibariye, Ebru Yaşar, Seda Sayan, Safiye Soyman, Sibel Can, Tuğçe Kandemir kimi simalar yarışır.
Qeyd edək ki, Nahidə daha öncə “Azərbaycanın parıldayan ulduzu” mükafatını alıb.
Xatırladaq ki, Nahidə Babaşlı Bakıda doğulub, Bakı Dövlət Universitetində təhsil alıb.