top
Narkoman oğulluğu həbsxanada ölən dahi - Bu gün doğum günüdür...
20 avqust 2026, 11:35
- +

Narkoman oğulluğu həbsxanada ölən dahi - Bu gün doğum günüdür...

20 avqust görkəmli dirijor və bəstəkar Niyazinin doğum günüdür.

Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci il avqustun 20-də Tiflisdə doğulub. Anası Böyükxanım ixtisasca həkim olub. Atası Zülfüqar Hacıbəyov (Üzeyir Hacıbəyovun qardaşı) Azərbaycanda musiqili teatrın banilərindən olub. Uşaqlıq illərindən Ü.Hacıbəyov, M.Maqomayev, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Vəzirov, H.Cavid kimi dövrünün tanınmış sənət adamları, yazıçıları arasında böyüyüb.

Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı onun adı ilə bağlıdır. Q.Ropov, P.Ryazanov, L.Rudolfun bəstəkarlıq məşğələlərində iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-1935-ci illərdə başlayır. 1935-ci ildə ilk dəfə olaraq Azərbaycan xalq musiqisinin klassik nümunələrini - "Rast" və "Şur"u nota köçürüb. 1946-cı ildə gənc dirijorların baxış müsabiqəsinin laureatı adını qazanıb. 1949-cu ildə məşhur əsərini - "Rast" simfonik muğamını yazıb. Böyük sənətkar Azərbaycan SSR Xalq artisti, SSRİ Xalq artisti adlarına, Azərbaycan Dövlət mükafatına, SSRİ Dövlət mükafatına, "Çitra" baletinə görə Cəvahirləl Nehru adına beynəlxalq mükafata layiq görülüb. Müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri olub.

Niyazinin böyük bəstəkar və dirijor olmasında əsas dəstəkçilərindən biri də ömür gün yoldaşı Həcər xanım olub. Onların tanışlığının maraqlı tarixçəsi var. 

Bir gün Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilir. İrandan olan əslən Cənubi Azərbaycanlı tələbə olan Həcər xanımla da elə Mahaçqalada tanış olur. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birlərinə aşiq olurlar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyirlər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmur. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nigahı 1940-cı ildə rəsmiləşdirilir. Gənclər harda, necə yaşayacaqlarını bilmirmişlər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürürlər.

Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Bəzi mənbələrdə qeyd edilir ki, onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilir. Elə ailə dramı bundan sonra başlayıb. Ceyhun ailəni min bir əziyyətə düçar edib. Sonradan müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun aqibəti isə bəlli olmur. Hətta onun həbsxanada öldüyü də bildirilir.

Niyazi 1984-cü ildə, Bakıda, 72 yaşında vəfat edib. Birinci Fəxri Xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
Bu gün, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
Bu gün, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
Bu gün, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
Bu gün, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
Bu gün, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
Bu gün, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
Dünən, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
Dünən, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Xəbər
04 sentyabr 2026, 17:04

Təhsil haqqı ilə bağlı təşəbbüs var, bəs nəticə? - Tələbə Bakuplus.az-a danışdı

Aktual Xəbərlər
04 sentyabr 2026, 16:09

Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq

Xəbər
04 sentyabr 2026, 15:29

Müdafiə Nazirliyinin eks-idarə rəisinə cinayət işi açıldı - Milyonluq yeyinti

Xəbər
04 sentyabr 2026, 15:18

İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

Xəbər
04 sentyabr 2026, 13:19

Bakıya Payız gəlir

Xəbər
04 sentyabr 2026, 12:50

Sabah Bakıda hava necə olacaq?

Xəbər
04 sentyabr 2026, 09:46

"Uşaq şiddət görürdüsə, niyə gətirirdi?" - Bağça nümayəndəsi + YENİLƏNİB

Xəbər
03 sentyabr 2026, 21:07

"Melissa ASP" sakinləri lift problemindən şikayətçidirlər

Oxşar xəbərlər