top
Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu
15 iyun 2026, 17:40
- ↺ +

Narkotikdən istifadə edən təcili yardım sürücüsünə hökm oxundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTYM) narkotik istifadə edən sürücüsünə hökm oxunub.

Qaynarinfo.az-ın məlumatına görə, 1971-ci ildə Bakı şəhərində anadan olmuş V.D. barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş protokola məhkəmədə baxılıb.

Araşdırma zamanı məlum olub ki, V.D. Bakı–Sumqayıt yolunda idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Onun narkotik vasitə və ya psixotrop maddənin təsiri altında olması ilə bağlı şübhə yarandığından Sumqayıt Şəhər Narkoloji Dispanserinə aparılıb.

Müayinə nəticəsində V.D.-nin psixotrop maddə istifadə etdiyi müəyyən edilib. O, Binəqədi rayonu ərazisində, Bakı Beynəlxalq Avtovağzalının yaxınlığında metamfetamin qəbul etdiyini etiraf edib.

Məhkəmədə ifadə verən V.D. əməlindən peşman olduğunu, himayəsində iki azyaşlı övladının olduğunu bildirərək, barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edib.

Məhkəmənin qərarı ilə V.D. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib və 300 manat məbləğində cərimələnib. O, məhkəmə zalından dərhal azad edilib.

Bundan əlavə, məhkəmənin qərarı ilə V.D. barəsində narkomaniyadan məcburi müalicə tədbiri də təyin olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 12:04

Mərkəzi Bankın səlahiyyətləri genişləndirilir

Aktual Xəbərlər
Bu gün, 11:37

Hərbçilərin əməkhaqları artırılır

Xəbər
Bu gün, 11:23

Azərbaycanda nikahların və boşanmaların sayı azalıb

Xəbər
Bu gün, 11:09

Xalq artisti Zaur Rzayevin vəziyyəti ağırdır

Xəbər
Bu gün, 10:26

Arvadını və qayınatasını öldürən şəxs ömürlük həbs cəzasından NARAZIDIR

Aktual Xəbərlər
Bu gün, 10:11

ADPU tələbələri təmirsizlik və antisanitariyadan şikayətçidirlər - "İldə 2300 manat veririk, amma..."

Xəbər
Bu gün, 09:44

Bakıda təcili yardım maşını piyadanı vurub - ÖLƏN VAR

Xəbər
Bu gün, 09:38

Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

Siyasət
Bu gün, 09:19

Milli Məclis: Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb

Xəbər
Bu gün, 09:09

Zülfiyyə Xanbabayevanın ad günüdür

Aktual Xəbərlər
Dünən, 17:38

Səkkiz avtobus marşrutunun hərəkət sxemi dəyişir

Aktual Xəbərlər
Dünən, 17:32

Din xadiminə sui-qəsd hazırlayanlara HÖKM OXUNDU

Xəbər
Dünən, 17:08

Bacısına mesaj yazan qaynını bıçaqladı

Siyasət
Dünən, 16:38

Prezident İlham Əliyev Hakan Fidanı qəbul edib

Xəbər
Dünən, 16:17

Bakıda müdir maaşını istəyən işçisini döydü

Siyasət
Dünən, 15:52

Prezident: "Sülh hələ də kövrəkdir, onu möhkəmləndirmək lazımdır"

Xəbər
Dünən, 15:33

Nərimanov rayonunda bərbad yol: sakinlər şikayətçidir

Xəbər
Dünən, 14:41

Azərbaycanda gənc kişilər arasında ölüm göstəricisi qadınlardan iki dəfə çoxdur - Foto

Xəbər
Dünən, 14:34

Tələbələr arasında dava: "Kişi deyilsən?" deyib komaya saldı

Xəbər
Dünən, 13:20

Kənd yumurtası 10 qəpik BAHALAŞDI

Aktual Xəbərlər
Dünən, 13:07

İlham Əliyev: "Müharibə bizim seçimimiz olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:14

"Rəqəmsal rabitə" informasiya sistemi yaradılıb - FƏRMAN

Xəbər
Dünən, 11:54

Bakıda yük maşını yolda xarab oldu - Əsas prospektlərdən birini bağladı

Aktual Xəbərlər
Dünən, 10:45

İstanbuldakı fırtına Bakıda da gözlənilir? - AÇIQLAMA

Oxşar xəbərlər