"Neftçi"nin futbolçusu Freddi Varqasın ayağına yeddi tikiş qoyulub.
Bu barədə report.аz-a "ağ-qaralar"ın mətbuat xidmətinin rəhbəri Asəf Zeynallı açıqlama verib.
Klub rəsmisi Misli Premyer Liqasının XVIII turunda, "Araz-Naxçıvan"la oyunda zədələnən venesuelalı yarımmüdafiəçinin durumuna aydınlıq gətirib:
"Zərbə nəticəsində Freddi Varqasın ayağında dəri qatı cırıdlığına görə 7 tikiş qoyulub. Bu həftə fərdi məşqlərə başlayacaq. Növbəti həftədən isə komanda ilə birgə məşqlərdə iştirak edəcək. Varqas sarı vərəqə limitini doldurduğu üçün növbəti turun oyununu buraxacaq".
Qeyd edək ki, "Neftçi" "Araz-Naxçıvan"ı dörd cavabsız qolla məğlub edib. Bakı klubu XIX turda "Qəbələ"ni qəbul edəcək.