Xalq artisti Nisə Qasımova xeyli zamandır ki, efirlərdə görünmür.
News24.az bunun səbəbi ilə maraqlanmaq məqsədilə onun köməkçisi Nailə xanımla əlaqə saxlayıb.
O bildirib ki, Nisə xanımın səhhəti yaxşıdır, hələ ki, efirlərə çıxmır, müsahibə vermək istəmir, Yeni il ərəfəsi efirlərə çıxıb tamaşaçıların görüşünə gələcək, müsahibələri də həmin ərəfədə verəcək.