top
Nisyə ərzaq almaq istədi, mağaza sahibinin başını yardı
24 aprel 2026, 11:05
- ↺ +

Nisyə ərzaq almaq istədi, mağaza sahibinin başını yardı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nərimanov Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Vəli Ömərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Kamal Babayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

İttihama görə, hadisə 03 yanvar 2025-ci il tarixdə, saat 18 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən zərərçəkmiş Malik Yusifova məxsus ticarət obyektində baş verib. 

İstintaqla müəyyən edilib ki, şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Vəli Ömərov hadisə yerindən götürdüyü dəmir parçası ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə qəsdən bir dəfə zərbə endirib. 

 Məhkəmə istintaqı zamanı Vəli Ömərov ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyib. Vəli Ömərovun sözlərinə görə, o, hadisə günü Malikin mağazasına gedib, maddi çətinlik səbəbindən 5-10 manatlıq meyvə-tərəvəz məhsullarını nisyə götürmək istəyib. Lakin zərərçəkmiş şəxs imtina edərək onu mağazadan qovmağa və təhqir etməyə başlayıb.

Vəli Ömərov ifadəsində deyib ki, bu zaman Malik ona qarşı fiziki zor tətbiq edib, taxta parçası ilə baş və bədən nahiyələrinə zərbələr endirib, hətta onu yerə yıxaraq boğmağa çalışıb. O isə özünü müdafiə etmək məqsədilə yaxınlıqdan götürdüyü dəmir boru ilə zərərçəkmiş şəxsin baş nahiyəsinə zərbə vurub. 

Məhkəmənin hökmü ilə Vəliyə 8 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının müvafiq maddələri tətbiq edilərərək cəzadan azad olunub. 
Qeyd edək ki, ad və soyadlar şərti verilib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər