top
“Nizami” Kino Mərkəzinin üzrü günahından betər oldu: A4 biabırçılığı - FOTO
06 fevral 2025, 04:37
- +

“Nizami” Kino Mərkəzinin üzrü günahından betər oldu: A4 biabırçılığı - FOTO

“Nizami” Kino Mərkəzində böyük yanlışlığa yol verildiyi, dünya səviyyəli rejissor Sindey Lumetlə başqa dünya şöhrətli rejissor – Jan Lyuk Qodarın səhv salındığı haqqında məlumat vermişdik.

Bakuplus.az bu barədə yazandan sonra “Nizami” Kino Mərkəzi yanlışlığı aradan qaldırıb.

[caption id="attachment_170690" align="alignnone" width="768"] ƏVVƏL[/caption]

Əgər buna “aradan qaldırmaq” demək mümkünsə…

Məsələ ondandır ki, Sindey Lumetin foyedəki fotosunun altındakı “Jan Lyuk Qodar” yazısının üzərinə adi A4 kağızı yapışdırıblar. “Nizami” Kino Mərkəzinin bir mətbu orqanının yazdığına operativ reaksiyasını, yanlışlığı aradan qaldırmaq cəhdini bəlkə də “like” etmək olardı. Amma təəssüf ki, A4 işləri yaman korlayır. Hətta o A4-ə diqqətlə baxanda yenə Qodarın adını oxumaq olur.

[caption id="attachment_170691" align="alignnone" width="640"]“Nizami” Kino Mərkəzinin üzrü günahından betər oldu: A4 biabırçılığı - FOTO SONRA[/caption]

Yanlışlıq haqqında məlumatı redaksiyamıza məşhur rejissor Oleq Səfərəliyev vermişdi. Bildirmişdi ki, əcnəbilər həmişə gəlib, orada foto çəkdirirlər, sonra da gülüş işarəsi qoyaraq paylaşırlar, baxın, kino mərkəzində dünya şöhrətli rejissorları tanımırlar. İndi təsəvvür edin, yenə kinoman əcnəbilərdən biri gəlir sizin kino mərkəzinə, durur Lumetin fotosunun qarşısında və görür ki, görkəmli rejissorun adı yazılmalı olan yerdə A4 var. Yenə foto çəkib, paylaşıb, gülüş işarəsi atmayacaqlar ki, Azərbaycanın ən əsas kino mərkəzində Lumeti tanımırlar, tanısaydılar adını da yazardılar?! Atalar da yaxşı deyib: “Üzrünüz günahınızdan betər”.

Ola bilsin ki, “Nizami” Kino Mərkəzinin ora ad yazdırmağa, ya da fotonu dəyişdirməyə maddi imkanı yoxdur. Ona görə də Azərbaycanın bütün kinosevərlərinə səslənirəm ki, gəlin 5-10 manatdan “atışaq”, Azərbaycanın əsas kino mərkəzini bu biabırçılıqdan xilas edək.

Kamran Rza

Son xəbərlər

Xəbər
Bu gün, 17:11

Xətai rayonunda aparılan inşaat işləri BİNALARI TƏHLÜKƏYƏ ATIR?

Xəbər
Bu gün, 15:11

Bakıda tələbə faciəli şəkildə öldü

Xəbər
Bu gün, 14:03

Gəlinlik salonunda satıcı müştərini çimdiklədi - "İy gəlirdi"

Xəbər
Bu gün, 13:38

Yasda gülüş üstündə QAN TÖKÜLDÜ: Bakıdakı cinayətin DETALLARI

Xəbər
Bu gün, 12:26

Şəhid jurnalist Sirac Abışovun doğum günüdür

Xəbər
Bu gün, 11:25

Azərbaycanın ilk Xalq artisti - Onu Bakıya kim dəvət etmişdi?

Xəbər
Bu gün, 10:15

Yol polisi sürücülər müraciət etdi: DİQQƏTLİ OLUN

Xəbər
Bu gün, 09:23

Milli Qəhrəman, jurnalist - Yaşasaydı 66 yaşı olacaqdı...

Xəbər
Dünən, 23:48

6 idmançımız yarımfinala yüksəldi - Çimərlik güləşi üzrə Dünya Seriyası...

Xəbər
Dünən, 22:12

Sənədsiz ev problemi necə həll oluna bilər? – Açıqlama

Xəbər
Dünən, 21:10

Xidmət rəisi: "Kommunikasiya xətlərinin üzərində tikilən evlərin sənədləşdirilməsi mümkün deyil"

Xəbər
Dünən, 19:43

Polşa səfiri XİN-ə çağırıldı, etiraz notası təqdim edildi

Xəbər
Dünən, 18:02

IV qrupda ali məktəbə qəbul ola bilməyənlər üçün alternativ seçimlər - DİM sədri AÇIQLADI

Xəbər
Dünən, 17:16

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

Xəbər
Dünən, 15:20

Yeməyi gec hazırlayan arvadının saçlarını yoldu

Xəbər
Dünən, 14:35

"Biz "Qarabağ"dan çox şey öyrəndik" - "Sabah"ın baş məşqçisi

Xəbər
Dünən, 13:30

Bakıda tarixi binalarda təmir işləri görənlərə xəbərdarlıq olundu

Nizami
Dünən, 12:17

Əvvəl sevgilisini, sonra özünü öldürüb - Detallar məlum oldu

Xəbər
Dünən, 11:40

Nigar Fərhadın ərini DTX həbs edibmiş

Xəbər
Dünən, 11:38

Xırdalan-Biləcəri sahəsində təmir işləri başlayıb

Xəbər
Dünən, 10:38

Bakıda ata maşın almaq istəyən oğlunu bıçaqladı

Xəbər
Dünən, 09:55

Azərbaycanda bu universitetlər təhsil haqqını artırdı

Xəbər
Dünən, 09:53

Rübabə Muradovanın anım günüdür

Xəbər
27 avqust 2026, 18:00

Bakıda sirkə turşusu kişinin həyatına SON QOYDU

Oxşar xəbərlər