Nizami Kino Mərkəzinin direktoru Əli-səttar Quliyev vəzifəsindən ayrılıb.
Bu barədə apa.az-a Azərbaycan Respublikasının Kino Agentliyindən (ARKA) bildirilib.
Qeyd edilib ki, Əli-səttar Quliyevin müqaviləsinin müddəti başa çatıb.
Bildirilib ki, mədəniyyət nazirinin müvafiq əmrinə əsasən, hazırda Nizami Kino Mərkəzinin direktorunun səlahiyyətlərini Turan Məmmədli icra edir.