top
Nizami Rəmzinin qızından Samirəyə CAVAB: Sözləri əzbərləyib, De gəlsin-ə çıxırdın
25 noyabr 2025, 12:05
- ↺ +

Nizami Rəmzinin qızından Samirəyə CAVAB: "Sözləri əzbərləyib, "De gəlsin"-ə çıxırdın"

"Göbələk kimi gündə biri çıxıb danışır. Bilmirəm, Nizami Rəmzi ilə dərdləri nədir? Niyə onu həzm edə bilmirlər? Molla Məmməd Nizamidən yaşca balaca olub. Nə vaxt çıxıb musiqili meyxana dedi? Sözü deyirlərsə, sübut da etsinlər".

Bunu Moderator.az-a açıqlamasında mərhum meyxanaçı, qəzəlxan Nizami Rəmzinin qızı Heyran Baxşıyeva deyib.

O bildirib ki, Ağasəlim Çıldağ musiqili meyxanaya qarşı olub: "Samirə deyir ki, Ağasəlim Nizamidən qabaq musiqili meyxana deyib. Ağasəlim Çıldaq hansı səsiylə musiqili meyxana deyib? Kimin ağzı varsa danışır. Mən bunlara cavab verməyə bilmirəm. Birazdan çıxıb deyəcəksiz ki, Ağasəlim operanın da banisi olub. Molla Məmməd Nizamiyə müraciət edib, "Dağlı balasıyam" mahnısını ondan alıb, sözlərini "Bakılı balasıyam" adı ilə dəyişdirib. Bu faktdır və hər kəs də bilir. Bunlar ölülərlə niyə reytinq qazanırlar? Ağasəlim özü musiqili meyxanaya qarşı idi. Hətta ondan müsahibə də almışdılar, dedi ki, "heyif deyil 3 badam, bir qoz, mən musiqili meyxanaya qarşıyam". Musiqili meyxanaya qarşı olan bir adam necə ola bilər ki, Nizamidən öncə musiqili meyxana desin? Onlar çırtma ilə meyxana deyiblər. Ağasəlimin avazı var idi ki, meyxana desin? Güclə danışırdı".

Heyran Baxşıyeva bəzi şəxsləri hər dəfə bir yalana əl atmaqda günahlandırıb: "Mən də o zaman buradan bəyan edirəm ki, ilk dəfə cazı mən yaratmışam. Sübutum yoxdur, amma sözdü də, deyirəm. Bunlarınkı da ona döndü. Sübutları yoxdur, ağızdolusu danışırlar. Çağırardılar da filmlərdə  meyxana demək üçün Ağasəlimi, Molla Məmmədi. Niyə çağırmadılar?

Samirə yenə də desəydi ki, meyxananı Nizami Rəmzidən əvvəl Ağasəlim deyib, hə, bununla razılaşardım. Çünki Nizamidən böyükdür. Nizaminin musiqi amsambılı var idi. Nizamidən sonra başladılar kostyum geyinməyə. Ömür boyu idman geyimində, jaketdə, başlarında kepka və əllərində təsbehlə toylara gediblər. Hamısı ona baxıb, geyim tərzini dəyişdi. Samirə bu gün, sabah deyər ki, kostyumu da ilk dəfə efirdə Ağasəlim Çıldaq geyinib. Vallah artıq onlardan bu sözü də gözləyirəm. Samirə, deyirsən ki, müasir dövrdə yeganə qadın meyxanaçısan. Sən əzbərləyib "De gəlsin" meyxana yarışmasına çıxırdın. Bunu hamı bilir. Oqtay hazırlayırdı öncədən, sənə deyirdi ki, bunları deyəcəm, sən də o birisini de. Sən bədahətən meyxana deyə bilirsən? Gözəl səsin var, oxuya bilirsən, amma danışığını bilmirsən".

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Samirə Yusifqızı "Musiqili meyxananı Nizami Rəmzidən öncə Ağasəlim Çıldaq və Molla Məhəmməd deyib" söyləyib.

Son xəbərlər

Xəbər
Dünən, 17:52

Bakıda DƏHŞƏT: məktəbli qətlə yetirildi, sinif yoldaşı tutuldu

Xəbər
Dünən, 16:37

"Vallah-billah, biabırçı vəziyyətdir" - Hökməli-Qobu-Güzdək yolundan ŞİKAYƏT

Xəbər
Dünən, 16:12

Ölkəmizdə son 50 il ərzində tauna yoluxma qeydə alınmayıb - RƏSMİ

Xəbər
Dünən, 15:56

Novxanıda suvarma kanalı zibil içində - 3 gündür təmizləyirlər, xeyri yoxdur

Xəbər
Dünən, 15:20

BDU-da tələbələrdən pul yığılır? - İDDİA

Xəbər
Dünən, 14:26

Bakıda kişi sevgilisini tava ilə döydü - 20 aylıq həbs edildi

Xəbər
Dünən, 13:38

Hərbi xidmətə yararlı olub-olmadığınız süni intellektin köməyi ilə bilinəcək

Xəbər
Dünən, 13:30

Sabah Bakıda yağış yağacaq, leysan olacaq

Xəbər
Dünən, 12:30

Son iki gündə 60 cinayətin açılması təmin olundu

Xəbər
Dünən, 12:00

Məşhur bakılı baş məşqçinin doğum günüdür

Xəbər
Dünən, 11:46

"Atamın başqa qadınlardan 7 oğlu, 1 qızı var" — 17 yaşlı məhkum

Xəbər
Dünən, 11:04

Bu vətəndaşların kredit borcu silinəcək

Xəbər
Dünən, 11:00

Xəyyam Mirzəzadənin doğum günüdür

Xəbər
Dünən, 10:25

Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib

Xəbər
Dünən, 09:55

Bu ərazilərdə işıq olmayacaq

Xəbər
Dünən, 09:33

Toy mərasimində dava - 3 dostdan biri komaya düşdü

Xəbər
Dünən, 08:00

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Xəbər
Dünən, 00:20

Gəncənin ikinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Xəbər
Dünən, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Xəbər
04 oktyabr 2026, 21:00

Həftəlik BÜRCLƏR - 5-11 OKTYABR

Xəbər
04 oktyabr 2026, 00:20

Gəncənin ilk dəfə raket atəşinə tutulmasından altı il ötür

Xəbər
04 oktyabr 2026, 00:01

Bu gün Cəbrayıl şəhərinin işğaldan azad edilməsinin 6-cı ildönümüdür

Xəbər
03 oktyabr 2026, 18:00

Bakıda oğurluq edənlər saxlanıldı

Xəbər
03 oktyabr 2026, 17:00

Metroda halı pisləşən kişi öldü

Oxşar xəbərlər