Azərbaycanda çəkilən "Obitus" qorxu filminin rəsmi tizeri yayımlanıb.
Bakuplus.az xəbər verir ki, rejissor Rec Revanın ərsəyə gətirdiyi filmdə dağıdıcı seldən sonra ucqar kənddə yayılan sirli parazitar xəstəlikdən bəhs olunur. Hadisələrin mərkəzində Luna və atası Damien dayanır.
Filmdə Aysel Yusubova, Aylin Zöhrabbəyli, Mübariz Səmədov, Rahim Əhmədəliyev və digər aktyorlar rol alıblar.
"Obitus"un 2026-cı ildə kinoteatrlarda nümayiş etdirilməsi planlaşdırılır. Yeni tizerdəki qorxulu və gərgin səhnələr artıq sosial şəbəkələrdə də maraq doğurub.