top
Oğlum onun qurbanlarından biri olub - Həbs edilən sahibkarın atası
10 aprel 2026, 18:09
- ↺ +

"Oğlum onun qurbanlarından biri olub" - Həbs edilən sahibkarın atası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən ilin 21 noyabrında Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğına görə həbs edilən Bəhruz Paşayevin atası istintaqın gedişatından narahatdır.

Qafqazinfo.az-a müraciət edən Sabir Paşayev baş vermiş yanğına görə "İvolt" MMC-nin rəhbərinin məsuliyyət daşıdığını deyib.

O bildirib ki, faciəyə şirkətin texniki təhlükəsizlik tələblərinə əməl etməməsi səbəb olub: "Yasamal rayonu Mirəli Seyidov küçəsi 19A ünvanda baş verən yanğınla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. İş üzrə oğlum Bəhruz Paşayev təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində həbs qətimkan tədbiri seçilib. Artıq 4 aydan çoxdur ki, o, Bakı İstintaq Təcridxanasında saxlanılır. Lakin barəsində təqsirləndirilən şəxs qismində cəlbetmə barədə qərar çıxarılanda hadisənin səbəbi barədə heç bir ekspert rəyi olmayıb".

S.Paşayevin sözlərinə görə, sonradan təyin edilmiş ekspertiza üzrə müvafiq rəy verilib: "Rəydə oğlum - "Taxes Group" MMC-nin direktoru Bəhruz Paşayevlə birlikdə "İvolt" MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlunun işi düzgün təşkil etmədiklərinə, yanğın təhlükəsizliyi qaydalarına riayət etmədiklərinə görə qeyd edilən ünvanda yanğın hadisəsinin baş verdiyi göstərilib. Oğlum Bəhruz Paşayevin işi "Taxes Group" MMC-nin direktoru kimi "Loft Dent" adı altında işləyən stomatoloji klinikaya rəhbərlik etmək olub. Müştərilərə göstərilən xidmət çərçivəsində klinikanın qarşısına elektrik avtomobilləri üçün nəzərdə tutulmuş şarj stansiyası quraşdırmaq məqsədilə "İvolt" MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlu ilə müqavilə bağlayıb".

Ata yanğının texniki xidmət göstərən şirkətin məsuliyyətsizliyi ucbatından baş verdiyini iddia edib: "İşə məsuliyyətsiz yanaşan Orxan Hacızadə və onun komandası zəruri yoxlama və test tədbirləri görmədən, təhlükəsizlik qaydalarına riayət etmədən klinikanın qarşısında şarj stansiyası quraşdırıb və elektrik mənbəsinin normadan artıq yüklənməsinə və nəticədə yanğın hadisənin baş verməsinə səbəb olan cinayətkar əməlləri törədiblər. Sözügedən şarj stansiyalarından anlayışı olmayan oğlum Bəhruz Paşayev də onların məsuliyyətsiz hərəkətlərinin qurbanlarından biri olub. Qeyd edilənlərə baxmayaraq, "İvolt" MMC-nin direktoru Hacızadə Orxan Rüfət oğlu cinayət işi üzrə hələ də cinayət məsuliyyətdən kənarda qalıb. İstintaq zamanı Orxan Hacızadə şahid qismində dindirilsə də, barəsində tədbir görülməyib. Bu azmış kimi zərərçəkənlərə vurulmuş ziyanın ödənilməsi istiqamətində də heç nə etməyib".

Qeyd edək ki, Bəhruz Paşayev 3 nəfərin ölümü, xeyli sakinin zəhərlənəməsi ilə nəticələnən hadisəyə görə ötən il noyabrın 24-də Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində ibtidai istintaq davam etdirilir.

Onu da qeyd edək ki, faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov da sosial şəbəkədə hadisədə "İvolt.az" şirkətinin də təqsirinin müəyyən edildiyini paylaşıb. O da məsələ ilə bağlı ekspertizanın müvafiq rəyinin mövcud olmasına baxmayaraq, şirkətin rəhbər şəxslərinin bu günə qədər məsuliyyətə cəlb olunmadığını deyib.

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 00:05

Müstəqilliyin Bərpası Günüdür

Aktual Xəbərlər
Bu gün, 00:01

18 oktyabr 2020-ci il: Vətən müharibəsinin 22-ci günü

Aktual Xəbərlər
Dünən, 18:00

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşımaları artıb

Xəbər
Dünən, 17:30

Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq

Xəbər
Dünən, 16:28

Bu il ölkədə avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb

Aktual Xəbərlər
Dünən, 15:22

"Şahinlərin Görüşü-2026" təliminin növbəti mərhələsində təlim-məşq uçuşları icra olunub - VİDEO

Aktual Xəbərlər
Dünən, 14:46

İsrail Prezidenti: "Mən hər zaman Bakıda olmağı arzulayırdım" - VİDEO

Xəbər
Dünən, 13:50

Lalə Məmmədova keçmiş ərindən danışdı: "Valideyn olub, amma ata olmayıb"

Aktual Xəbərlər
Dünən, 12:48

Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı

Aktual Xəbərlər
Dünən, 12:36

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı azalıb

Siyasət
Dünən, 11:33

Ramiz Mehdiyevin hansı ordenləri əlindən alına bilər? – SİYAHI

Xəbər
Dünən, 10:26

Oktyabrın 16-da 34 cinayət açıldı, 35 şübhəli saxlanıldı

Aktual Xəbərlər
Dünən, 09:59

Bakıda "Changan" piyadanı vurub öldürdü - FOTO

İdman
Dünən, 08:32

Ağırlıqqaldıranımız Avropa birinciliyində üç medal qazandı

Aktual Xəbərlər
Dünən, 00:05

Füzuli şəhərinin işğaldan azad edilməsindən 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:03

Gəncənin beşinci dəfə raket atəşinə tutulmasından 6 il ötür

Aktual Xəbərlər
Dünən, 00:01

17 oktyabr 2020-ci il: Vətən müharibəsinin 21-ci günü

Cəmiyyət
16 oktyabr 2026, 21:11

"Bizim öz yolumuz var" - İlham Əliyev

Xəbər
16 oktyabr 2026, 20:33

Beynəlxalq axtarışa Türkiyə vətəndaşı Azərbaycan dövləti və xalqından üzr istədi - "Peşmanam"

Xəbər
16 oktyabr 2026, 19:39

Prezident yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:55

Müharibə əlilləri və şəhid ailələrinə vəsait ayrılması 2029-cu ilədək uzadıldı

Aktual Xəbərlər
16 oktyabr 2026, 17:18

Qobustanda ömürlük məhkum öldü

Aktual Xəbərlər
16 oktyabr 2026, 16:38

Ramiz Mehdiyev YAP-dakı vəzifəsini itirdi

Xəbər
16 oktyabr 2026, 16:16

Bakıda bu rayonda 30 yaşayış binası söküləcək

Oxşar xəbərlər