Oktyabrın 16-da Azərbaycanda polis əməkdaşları tərəfindən 35 nəfər cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bakuplus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis tərəfindən təmin olunub.
Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 36-sı borclu şəxs qismində axtarışda olub.
Hesabat dövründə narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 2 fakt müəyyən edilib.